Əşiya
30 Yehova deyir: «Tərs oğulların vay halına!+
Öz niyyətlərini həyata keçirirlər, Mənim yox,+
Ruhuma uyğun olmayan ittifaqlar qururlar,
Beləcə, günaha günah qatırlar.
2 Mənimlə məsləhətləşmədən+ Misirə gedirlər ki,+
Firon qalasında gizlənsinlər,
Misirin kölgəsinə sığınsınlar.
3 Lakin firon qalası sizin üçün üz qarası,
Misirin kölgəsi rüsvayçılıq olacaq.+
4 Onun əyanları Suandadır,+
Elçiləri Hanisə gedib çıxıb.
5 Hamı Misirə görə rüsvay olacaq,
Çünki bu xalqdan heç kimə fayda yoxdur.
Onlardan heç bir kömək, xeyir gəlmir,
Təkcə rüsvayçılıq, xəcalət gəlir».+
6 Cənub heyvanlarına qarşı hökm:
Elçilər mal-dövlətlərini eşşəyin belinə,
Tədarüklərini dəvə donqarına yükləyib
Zülm-zillət diyarından,
Aslanlar, nərildəyən aslanlar,
Gürzələr, uçan alovlu ilanlar diyarından keçirib aparırlar.
Amma bütün bunların xalqa heç bir xeyri dəyməyəcək.
8 «İndi dur get onların gözünün qabağında bunu lövhəyə həkk et,
Kitaba yaz.+
Qoy gələcək gün üçün
Daimi şəhadət olaraq qalsın.+
10 Görücüyə “görmə”,
Vəhy alana “bizə doğru vəhylər söyləmə”+ deyirlər.
Deyirlər: “Bizə xoş olan sözlər söylə, uydurma xəyallar danış,+
11 Yoldan dön, cığırdan çıx.
Yanımızda İsrailin Müqəddəsinin adını çəkmə”».+
12 Buna görə İsrailin Müqəddəsi belə deyir:
13 Bu təqsiriniz çatlamış divar kimi olacaq,
Yıxılmaq üzrə olan qarın vermiş divar kimi,
Qəfildən, bir göz qırpımında uçacaq.
14 O, iri gil küp kimi sınacaq,
Çilik-çilik olacaq,
Bir qırığı belə, ocaqdan köz götürməyə,
Gölməçədən* su götürməyə yaramayacaq».
15 Külli-İxtiyar Yehova, İsrailin Müqəddəsi belə deyir:
«Mənə sarı dönüb arxayınlaşsaydınız, xilas olardınız.
Sakitlik və etibar sizin gücünüz olardı».+
Amma istəmədiniz.+
16 Əksinə, dediniz: «Xeyr, ata minib qaçacağıq!»
Bəli, qaçacaqsınız. «Yüyrək atlara minib çapacağıq!»+
Elə sizi qovanlar da yüyrək olacaq.+
17 Min nəfər bir nəfərin hədəsindən əsəcək,+
Beş nəfərin hədəsindən qaçacaqsınız,
Sizdən qalanlar dağ başındakı dirək,
Təpə başındakı bayraq kimi olanadək.+
Çünki Yehova haqq Allahdır.+
Nə xoşbəxtdir ümidini Ona bağlayanlar*!+
19 Camaat Siona, Yerusəlimə+ qayıdıb orada yaşayanda artıq ağlamayacaqsan.+ Sən fəryad edəndə O, sənə lütf göstərəcək, səsini eşitcək sənə hay verəcək.+ 20 Yehova sənə dərdi çörək kimi, zülmü su kimi versə də,+ Böyük Nəsihətçin artıq Özünü gizlətməyəcək, Böyük Nəsihətçini+ öz gözünlə görəcəksən. 21 İşdir, sağa və ya sola dönsən,+ qulağına arxadan bu səs gələcək: «Yol budur.+ Bu yolla get».
22 Oyma bütlərinizin gümüş örtüyünü, tökmə bütlərinizin qızıl örtüyünü murdarlayacaqsınız.+ Onları aybaşı əskisi kimi tullayıb deyəcəksiniz: «İtil!»*+ 23 Onda Allah səpdiyiniz toxumlara yağış yağdıracaq,+ torpağın məhsulu bol və bərəkətli olacaq.+ O gün mal-qaranız geniş otlaqlarda otlayacaq.+ 24 Sahədə işləyən öküz və eşşək kürəklə, yaba ilə sovrulmuş, turşəng qatılmış yem yeyəcək. 25 Böyük qırğın günündə, qüllələr yıxılanda hər uca dağda, hər hündür təpədə çaylar, arxlar axacaq.+ 26 Yehova Öz xalqının sınığını sarıdığı+ gün, vurduğu ağır yaranı sağaltdığı+ gün bədirlənmiş ayın işığı günəş işığı kimi olacaq, günəş işığı isə yeddi qat parlaq olacaq,+ yeddi günün işığı kimi.
27 Budur, uzaqlardan Yehovanın adı
Qəzəbi ilə alışıb yanaraq, topa buludlarla gəlir.
Ağzı hirsli sözlərlə doludur,
Dili yandırıb-yaxan alov kimidir.+
28 Onun ruhu* boğaza çıxan sel kimidir,
Xalqları həlak ələyində ələyəcək.
Ümmətləri yoldan azdırmaq üçün ağızlarına yüyən taxacaq.+
29 Sizin mahnınız isə
Bayrama hazırlaşdığınız gecə oxunan mahnı kimi olacaq,+
Ürəyiniz Yehovanın dağına, İsrailin Qayasına+ qalxan,
Gedə-gedə tütək çalan adam kimi cuşa gələcək.
30 Yehova qüdrətli səsini+ eşitdirəcək.
32 Aşşurun üzərinə Yehovanın endirdiyi cəza dəyənəyinin hər zərbəsi
Qaval səsi, çəng səsi ilə müşayiət olunacaq,+
O, yarağını oynadaraq onlarla vuruşacaq.+
Odun qalağı üçün yeri dərin və enli edib,
Orada çoxlu odun və güclü alov var.
Yehovanın nəfəsi püskürən kükürd şırnağı kimi,
Onu yandırıb-yaxacaq.