Lavililər
3 Qaramalın erkəyindən və ya dişisindən ünsiyyət qurbanı+ təqdim etmək istəyən adam Yehovanın hüzuruna sağlam heyvan gətirməlidir. 2 O, əlini heyvanın başına qoymalıdır. Heyvan Hüzur çadırının girişində kəsilməli, kahinlər, Harun oğulları qanı hər tərəfdən qurbangahın üstünə çiləməlidirlər. 3 Həmin adam ünsiyyət qurbanının bu hissəsini Yehovaya odda yandırılaraq gətirilən təqdimə kimi təqdim etməlidir:+ iç piyini, bağırsaqları örtən bütün piyi,+ 4 hər iki böyrəyi və onların üstündəki, yəni bel nahiyəsindəki piyi. O həmçinin böyrəklərlə bir yerdə qaraciyərin üstündəki piyi də təqdim etməlidir.+ 5 Harun oğulları bunları qurbangahda, yanan odunların üstündəki yandırma qurbanı ilə birlikdə yandırmalıdır.+ Bu, ətri Yehovaya xoş olan, odda yandırılan təqdimədir.+
6 Yehovaya təqdim edilən ünsiyyət qurbanı qoyun-keçidən olarsa, gətirilən erkək və ya dişi heyvan sağlam olmalıdır.+ 7 Cavan qoç təqdim edən onu Yehovanın önünə gətirməli 8 və əlini heyvanın başına qoymalıdır. Heyvan Hüzur çadırının girişində kəsilməli, Harun oğulları qanı hər tərəfdən qurbangahın üstünə çiləməlidir. 9 Həmin adam ünsiyyət qurbanının piyini Yehovaya odda yandırılaraq gətirilən təqdimə kimi təqdim etsin.+ O, düz bel sümüyünün yanından bütün quyruğu kəsməli, həmçinin iç piyini, bağırsaqları örtən bütün piyi, 10 hər iki böyrəyi və onların üstündəki, yəni bel nahiyəsindəki piyi və böyrəklərlə bir yerdə qaraciyərin üstündəki piyi çıxarmalıdır.+ 11 Kahinlər bunları qurbangahda yemək təqdiməsi kimi yandırsınlar. Bu, Yehova üçün odda yandırılan təqdimədir.+
12 Keçi təqdim edən onu Yehovanın önünə gətirməli 13 və əlini heyvanın başına qoymalıdır. Heyvan Hüzur çadırının girişində kəsilməli, Harun oğulları qanı hər tərəfdən qurbangahın üstünə çiləməlidirlər. 14 Həmin adam Yehova üçün odda yandırılan təqdimə kimi heyvanın bu hissəsini: iç piyini, bağırsaqları örtən bütün piyi,+ 15 hər iki böyrəyi və onların üstündəki, yəni bel nahiyəsindəki piyi, habelə böyrəklərlə bir yerdə qaraciyərin üstündəki piyi təqdim etməlidir. 16 Kahinlər bunları qurbangahda xoş ətir üçün odda yandırılan yemək təqdiməsi kimi yandırsınlar. Piyin hamısı Yehovanındır.+
17 Piy və qan+ yeməməlisiniz. Bu, yaşadığınız hər yerdə bütün nəsilləriniz üçün həmişəlik qanundur”».