Dənyal
10 Fars şahı Kuruşun+ hakimiyyətinin üçüncü ilində Bəltişəzzar adlanan Dənyala+ bir vəhy nazil oldu. Bu xəbər həqiqət idi və böyük müharibə haqda idi. Dənyal xəbəri anladı; vəhydə gördüklərinin mənası ona açıqlandı.
2 Mən Dənyal üç həftə idi ki, yas tutmuşdum+. 3 Ləziz yemək yeməmişdim, dilimə nə ət, nə şərab dəyməmişdi. Düz üç həftə bədənimə yağ sürtməmişdim. 4 Birinci ayın iyirmi dördüncü günü mən böyük çayın, Dəclə çayının+ qırağında idim. 5 Başımı qaldırıb kətan paltar+ geyinmiş bir nəfər gördüm. O, belinə Üfəz qızılından qurşaq bağlamışdı. 6 Bədəni, sanki, xrizolitdən+ idi, üzü şimşəyə bənzəyirdi, gözləri yanar məşəl kimi, qolları və ayaqları cilalanmış mis+ kimi idi. Səsi izdiham səsi kimi gur idi. 7 Bu görüntünü təkcə mən Dənyal gördüm,+ yanımda olanlar görmədi. Amma onların canına qorxu düşdü və qaçıb gizləndilər.
8 Mən tək qaldım. Bu möhtəşəm görüntünü görəndə taqətdən düşdüm, rəngim qaçdı, süst oldum.+ 9 Sonra onun danışdığını eşitdim. Lakin onun danışdığını eşidəndə başımı yerə qoyub üzüstə dərin yuxuya getdim.+ 10 Sonra bir əl mənə toxunub+ silkələdi və mən əllərimlə dizlərim üstündə durdum. 11 O, mənə dedi:
«Ey Dənyal, ey istəkli bəndə.+ Sənə deyəcəyim sözləri diqqətlə dinlə. Ayağa dur, mən sənin yanına göndərilmişəm».
O, bunları deyəndə mən titrəyə-titrəyə ayağa qalxdım.
12 O, mənə dedi: «Qorxma+, ey Dənyal, sən bu şeyləri anlamağa can atdığın, özünü Allahının önündə aşağı tutduğun ilk gündən sözlərin eşidildi və mən sənin bu sözlərinə görə gəlmişəm.+ 13 Fars səltənətinin əmiri+ düz iyirmi bir gün mənə müqavimət göstərdi. Lakin baş əmirlərdən biri Mikayıl*+ köməyimə yetişdi, bütün bu vaxt ərzində mən Fars şahlarının yanında qalmışdım. 14 Mən gəldim sənə açım, zamanın sonunda+ sənin xalqınla nələr olacaq, çünki bu vəhy gələcək zamana aiddir».+
15 O, bu sözləri mənə deyəndə mən başımı aşağı salmışdım və dilim tutulmuşdu. 16 Sonra bəşər övladına bənzəyən bir nəfər dodaqlarıma toxundu+ və dilim açıldı. Mən qarşımda durana bu sözləri dedim: «Ağam, bu vəhyə görə qorxudan əsirəm, taqətim kəsilib.+ 17 Mən qulun sən ağamla necə danışım?+ Axı heyim qalmayıb, nəfəsim kəsildi».+
18 Bəşər övladına bənzəyən o kəs yenə mənə toxundu və mənə qüvvət verdi.+ 19 O dedi: «Ey istəkli bəndə+, qorxma+. Günün xoş olsun!+ Möhkəm ol, möhkəm ol!» O, mənimlə danışanda mənə güc gəldi. Dedim: «Danış ağam, çünki sən mənə qüvvət verdin».
20 O dedi: «Bilirsən, sənin yanına nə üçün gəlmişəm? İndi mən geri qayıdıb Fars əmiri+ ilə vuruşacağam. Mən gedəndə Yunanıstan əmiri gələcək. 21 Ancaq mən sənə həqiqət kitabında yazılanları danışacağam. Bu işdə sənin əmirin+ Mikayıldan+ savayı mənə dayaq olan yoxdur.