Üzeyir
7 Bu hadisələrdən sonra, Fars şahı Artakserksin+ hakimiyyəti dövründə Üzeyir*+ Babildən çıxdı. Üzeyir Sərəyahın+, Sərəyah Əzriyanın, Əzriya Xilqiyyənin+, 2 Xilqiyyə Səllumun, Səllum Sadığın, Sadıq Əxitubun, 3 Əxitub Əmariyyənin, Əmariyyə Əzriyanın+, Əzriya Məryutun, 4 Məryut Zarahyanın, Zarahya Uzzinin, Uzzi Buqqinin, 5 Buqqi Abişunun, Abişu Fənhasın+, Fənhas Əlyazarın+, Əlyazar isə böyük kahin Harunun oğlu+ idi. 6 Babildən çıxan bu Üzeyir mirzə idi və İsrailin Allahı Yehovanın Musaya verdiyi Qanunun bilicisi* idi.+ Allahı Yehova Üzeyirə yar olduğu üçün şah onun hər xahişini yerinə yetirmişdi.
7 Şah Artakserksin hakimiyyətinin yeddinci ilində israillilərdən, kahinlərdən, lavililərdən+, məzmur oxuyanlardan+, darvaza keşikçilərindən+ və məbəd qulluqçularından+ bəziləri Yerusəlimə getdi. 8 Üzeyir şahın hakimiyyətinin yeddinci ilində, beşinci ayda Yerusəlimə gəldi. 9 O, Babildən birinci ayın birinci günündə yola çıxmışdı, Allahın köməyi ilə beşinci ayın birinci günündə Yerusəlimə çatdı.+ 10 Üzeyir Yehovanın Qanununu tədqiq və tətbiq etməyi+, İsraildə qayda-qanunları və hökmləri öyrətməyi ürəyində qət etmişdi*.+
11 Yehovanın İsrailə buyurduğu əmrlərin və qaydaların bilicisi olan mirzə və kahin Üzeyirə şah Artakserksin verdiyi namənin surəti budur:
12 * «Şahənşah Artakserksdən+ göylərin Allahının Qanununun köçürücüsü kahin Üzeyirə salamlar olsun! 13 Mən fərman verirəm ki, səltənətimdə yaşayan İsrail xalqından, kahinlərdən və lavililərdən kim səninlə Yerusəlimə getmək istəyirsə, getsin.+ 14 Şah və onun yeddi məsləhətçisi səni göndərir ki, gedib Yəhuda və Yerusəlimdə Allahın Qanununa, səndə olan qanuna əməl edilib-edilmədiyini öyrənəsən. 15 Məskəni Yerusəlimdə olan İsrailin Allahına şah və onun məsləhətçilərinin bəxşiş kimi verdiyi qızıl-gümüşü, 16 həmçinin Babil əyalətində sənə verilən bütün qızıl-gümüşü və kahinlərlə xalqın Allahın Yerusəlimdəki evinə verdikləri bəxşişləri özünlə apar.+ 17 Vaxt itirmədən bu pula buğa+, qoç+, quzu+, eləcə də taxıl təqdiməsi+ və şərab təqdiməsi+ al. Onları Allahınızın Yerusəlimdəki evinin qurbangahında təqdim et.
18 Qızıl-gümüşün qalanından isə sən və qardaşların Allahınızın iradəsinə uyğun olaraq, istədiyiniz kimi istifadə edə bilərsiniz. 19 Allahının evində ibadət zamanı istifadə edilən qabların hamısını götürüb Yerusəlimə, Allahın hüzuruna apar.+ 20 Allahının evi üçün başqa nəsə lazım olsa, saray xəzinəsindən ödəyərsən.+
21 Mən, şah Artakserks çayın* o tayındakı bölgənin bütün xəzinədarlarına əmr edirəm ki, göylərin Allahının Qanununun köçürücüsü kahin Üzeyirin+ sizdən istədiyi hər şeyi dərhal ona verəsiniz. 22 Ona 100 talanta* qədər gümüş, 100 kora* qədər buğda, 100 bata* qədər şərab+, 100 bata qədər yağ+ və istədiyi qədər duz+ verin. 23 Qoy göylərin Allahının Öz evi ilə əlaqədar buyurduğu hər şey səylə yerinə yetirilsin+ və beləcə, şahın səltənəti və oğulları Allahın qəzəbinə tuş gəlməsin.+ 24 Bunu da bilin ki, kahinlərdən, lavililərdən, musiqiçilərdən+, qapı keşikçilərindən, məbəd qulluqçularından+ və Allahın evində iş görənlərdən vergi, xərac+ və torpaqbasdı alınmamalıdır.
25 Sən Üzeyir, Allahın sənə verdiyi hikmətlə məmurlar və hakimlər təyin et ki, çayın o tayındakı bölgənin bütün əhalisinə, Allahının qanunlarını bilənlərin hamısına hakimlik etsinlər. Kim qanunları bilmirsə, öyrədin.+ 26 Kim sənin Allahının Qanununa və şahın qanununa əməl etməsə, dərhal layiq olduğu cəza ilə — ölüm, sürgün, cərimə, yaxud həbs cəzası ilə cəzalandırılsın».
27 Yehovanın Yerusəlimdəki evini gözəlləşdirmək fikrini şahın ürəyinə qoyan ata-babalarımızın Allahı Yehovaya alqış olsun!+ 28 O, şahın, onun məsləhətçilərinin+ və bütün nüfuzlu əyanlarının önündə mənə lütf göstərdi.+ Allahım Yehova mənə yar olduğu üçün ürəkləndim və mənimlə birgə getmək üçün İsrail başçılarını topladım.