Məsəllər
28 Şər adamı qovan olmasa da qaçar,
Saleh isə aslan kimi arxayındır.+
2 Ölkədə qiyam olanda gündə bir rəhbər olar,+
Amma bəsirətli, arif adamın sayəsində rəhbərin hakimiyyəti uzun sürər.+
3 Məzlumlara fırıldaq gələn kasıb+
Bütün azuqəni yuyub aparan leysana bənzər.
4 Qanunu saymayanlar şər adamı ucaldar,
Qanuna əməl edənlərsə onlara qəzəblənər.+
6 Kamillik yolu ilə yeriyən kasıb insan
Yolu əyri varlıdan yaxşıdır.+
7 Dərrakəli oğul qanuna əməl edər,
Qarınqululara yoldaş olan isə atasını rüsvay edər.+
12 Salehlərin zəfəri alqışlanar,
Amma pislər hakimiyyətə gələndə xalq gizlənər.+
14 Həmişə gözdə-qulaqda olan kəs bəxtiyardır,
Amma ürəyini inadkar edən bədbəxtliyə düçar olar.+
15 Məzlum xalqın üzərindəki rəhmsiz hökmdar
Nərildəyən aslana, qızışmış ayıya bənzər.+
17 Qana bais olan qəbrəcən qaçar.+
Qoy heç kim ona kömək eləməsin.
19 Torpağını əkib-becərənin çörəyi bol olar,
Amma boş şeylərin dalınca düşən müflisləşər.+
20 Sadiq insanın xeyir-bərəkəti olar.+
Tez varlanmaq istəyən təmiz qalmaz.+
21 Üzgörənlik yaxşı deyil.+
Bir tikə çörəkdən ötrü insan xəta törədə bilər.
22 Paxıl* adamın var-dövlətdən ötrü ürəyi gedir,
Daha bilmir ki, yoxsulluq onu yaxalayacaq.
27 Yoxsullara əl tutan korluq çəkməz,+
Amma gözünü onlardan qaçıran lənət yiyəsi olar.
28 Pislər hakimiyyətə gələndə xalq gizlənər,
Amma onlar yox olanda salehlər çoxalar.+