Zəbur
Dirijora. Yaditun* üçün. Davudun məzmuru.
62 Sakitcə Allahı gözləyirəm,
Qurtuluşum Ondandır.+
3 Nə vaxtadək adamın üstünə gəlib qanını tökməyə can atacaqsınız?+
Hər biriniz əyilmiş divar, bir üfürümə bənd daş divar kimi xatalısınız*.
4 Adamı şərəfdən salmaq üçün məşvərət qururlar,
Yalanı sevirlər.
Dildə xeyir-dua, ürəkdə isə lənət oxuyurlar.+ (Selah)
6 O, mənim qayam, xilaskarım, qalamdır,
Əsla sarsılmaram.+
7 Qurtuluşum, şərəfim-şanım Allahdandır,
Sarsılmaz qayam, pənahım Allahdır.+
8 Ey insanlar, daim Ona güvənin.
Ürəyinizi Ona açın.+
Allahdır sığınacağımız.+ (Selah)
9 İnsan adi bir nəfəsdir,
Bəşər oğlu yalandır,+
Hamısını toplayıb tərəziyə qoysan, nəfəsdən də yüngül gələr.+
10 Quldurluğa güvənməyin,
Soyğunçuluğa arxalanmayın əbəs yerə,
Var-dövlətiniz çoxalsa da, ürəyinizi ona bağlamayın.+
11 Allah bir dəfə dedi, mən iki dəfə eşitdim:
Qüdrət Allahındır!+