Məsəllər
3 Oğlum, nəsihətimi* unutma,
Hökmlərimi sidqi-ürəkdən tut.
2 Onlar sənin ömrünü, gününü uzadar,
Həyatına rahatlıq gətirər.+
4 Onda Allah da, bəndə də üzünə xoş baxar,+
Anlayış sahibitək tanınarsan.
7 Öz gözündə ağıllı olma,+
Yehovadan qorx, pislikdən çəkin.
8 Onda canın sağlam olar,
Vücudun* təravətli.
10 Onda anbarların ağzınacan dolar,+
Küplərin təzə şərabla aşıb-daşar.
12 Çünki ata əziz oğlunu,
Yehova da sevdiyi kəsi tənbeh edər.+
13 Xoşbəxt o kəsdir ki, hikmət tapıb,+
O kəsdir ki, bəsirətə nail olub.
14 Hikmət qazanmaq gümüş qazanmaqdan yaxşıdır,
Bu qazanc qızıldan sərfəlidir.+
15 O, mərcanlardan qiymətlidir,
Arzuladığın şeylərdən heç biri ona tay ola bilməz.
16 Sağ əlində uzun ömür,
Sol əlində sərvət və şərəf var.
17 Yollarında səadət,
Cığırlarında əmin-amanlıq var.+
18 Hikmət ona bağlananlar üçün həyat ağacıdır,
Ondan yapışanlar bəxtəvər adlanar.+
20 Elmi ilə əngin sular bölünüb,
Göyün buludlarından şeh çilənib.+
21 Oğlum, bunları nəzərindən qaçırma.
Hikməti, düşüncəni qoru,
22 Onlar sənə həyat verər,
Boğazına gözəl boyunbağı olar.
26 Yehova sənə dayaq olar.+
Ayağını tələdən qoruyar.+
28 Əgər bu gün imkanın varsa, qonşuna:
«Get, sonra gələrsən. Sabah verərəm», — demə.
29 Səndən arxayın yaşayan qonşuna
Fitnə qurma.+
30 Sənə pisliyi dəyməyən adamla
Nahaq yerə çəkişmə.+
31 Qəddar adama həsəd aparma,+
Onun yollarını tutma.
35 Hikmətlilərin nəsibi şərəf olar,
Axmaqlar rəzilliklə fəxr edər.+