Əşiya
2 Amuz oğlu Əşiyanın Yəhuda və Yerusəlim barəsində gördükləri.+
2 Zamanın sonunda
Yehovanın evinin durduğu dağ
Dağlardan uca bərqərar olacaq,+
Təpələrdən yuxarı ucalacaq,
Bütün xalqlar ona sarı axışacaq.+
3 Çox ümmətlər gəlib deyəcək:
«Gəlin Yehovanın dağına,
Yaqubun Allahının evinə qalxaq.+
O, bizə yolunu öyrətsin,
Biz də Onun yolu ilə yeriyək».+
Çünki qanun Siondan,
Yehovanın sözü Yerusəlimdən çıxacaq.+
4 O, xalqlar arasında hakim olacaq,
Çox xalqlara aid məsələləri həll edəcək.
Xalq xalqın üstünə qılınc qaldırmayacaq,
Artıq müharibə etməyi öyrənməyəcəklər.+
5 Gəlin, ey Yaqub evi,
Gəlin Yehovanın nurunda yeriyək.+
6 Sən xalqını, Yaqub evini tərk etdin,+
Çünki onlar şərqdən çox şey mənimsədilər.
7 Ölkələri qızıl-gümüşlə dolub,
Xəzinələri aşıb-daşır.
Məmləkətləri atlarla dolub,
Cəng arabalarının sayı-hesabı yoxdur.+
8 Ölkələri puç allahlarla doludur.+
Onlar əlləri ilə düzəltdiklərinə,
Barmaqları ilə quruluş verdiklərinə səcdə qılırlar.
9 İnsan yerə döşənir, alçalır.
Sən onu bağışlamazsan.
11 İnsanın təkəbbürlə baxan gözü alçalacaq,
İnsan qüruru əyiləcək.
O gün yalnız Yehova yüksələcək.
12 Çünki o gün ordular Allahı Yehovanın günüdür.+
O gün lovğaların, qürrəlilərin,
Ağaların, rəiyyətin, hamının başına gələcək.+
13 O gün Livanın bütün uca, vüqarlı sidr ağaclarının,
Bütün Başan palıdlarının başına gələcək,
14 Bütün ulu dağların,
Hündür təpələrin,
15 Bütün yüksək qüllələrin, möhkəm divarların,
16 Bütün Tarşiş gəmilərinin,+
Gözəl qayıqların başına gələcək.
17 İnsan qüruru alçalacaq,
İnsan təkəbbürü əyiləcək.
O gün yalnız Yehova yüksələcək.
18 Puç allahlar tamamilə yox ediləcək.+
19 Yehova dünyanı lərzəyə gətirmək üçün ayağa qalxanda
Zəhmindən, əzəmətinin ehtişamından+
İnsanlar qaya oyuqlarına,
Yerin dəlmə-deşiyinə girəcək.+
20 O gün insanlar sitayiş üçün
Qızıldan-gümüşdən düzəltdikləri puç, dəyərsiz allahları
Yereşənlərə, yarasalara atacaq,+
21 Yehova dünyanı silkələmək üçün ayağa qalxanda
Onun zəhmindən,
Əzəmətinin ehtişamından
Qaya oyuqlarına,
Qaya dəliklərinə girəcəklər.
22 Bəşər oğluna güvənməyin,
Axı o, burnundakı nəfəs kimidir,
Ondan nə fayda?