Gənclərin sualları / CİNSİ MÜNASİBƏTLƏR / Həmcinsimə meyl edirəm. Deməli, mən «mavi»yəm?
Heç də yox!
Fakt. Bir çox hallarda həmcinsə olan meyl müvəqqəti xarakter daşıyır.
Müəyyən müddət başqa bir qıza meyli olan 16 yaşlı Lizett adlı bir qız öz müşahidələri ilə bölüşür: «Biologiya dərslərində öyrəndim ki, yeniyetməlik dövründə insan orqanizmində hormonların miqdarı kəskin surətdə dəyişə bilər. Bir şeyə əminəm: yeniyetmələr orqanizmləri barədə nə qədər çox şey bilsələr, bir o qədər də yaxşı başa düşəcəklər ki, həmcinslərinə meyl müvəqqəti haldır və bu, heç də insanın “mavi” olması demək deyil
».
Bəs yaxşı, əgər bu cür meyl müvəqqəti hal deyilsə, onda necə? Məgər Allahın bu cür münasibətlərə qadağa qoyması qəddarlıq deyil?
Əgər bu suala «bəli», — deyə cavab versək, onda belə çıxır ki, bütün insanlar kim ilə və necə gəldi öz cinsi istəklərini təmin edə bilərlər. Müqəddəs Yazılar qeyri-təbii seksual arzulara qarşı mübarizə aparmağa çağırmaqla insanların ləyaqətini ucaldır (İncil, Koloslulara 3:5).
Allahın Kəlamındakı tələbləri yerinə yetirmək çətin deyil. Müqəddəs Yazılar bütün insanlardan tələb etdiyi kimi, homoseksualistlərdən də tələb edir ki, «cinsi əxlaqsızlıqdan qaçın
»sınlar (İncil, 1 Korinflilərə 6:18). Həqiqətən də, Allahın tələblərinə uyğun yaşamaq istəyən milyonlarla «mavi» olmayan insanlar özünü ələ alır və düzgün olmayan arzularını boğurlar. Əgər həqiqətən Allahı razı salmaq istəyirlərsə, homoseksualistlər də bu cür arzularına qarşı mübarizə apara bilərlər (Tövrat, Qanunun təkrarı 30:19).