Nəğmə 83
Özümüzə hakim olaq
1. Ya Rəbb Yehova, sevirik Səni,
Biz bəni-insanıq, öyrət təmkini.
Cisim fani, yox heç bir xeyri,
Sülh və həyatdır ruhun bəhri.
2. Mənfur düşmən hey qurur torunu,
Aman vermir həm də günah qanunu.
Lakin güclüdür haqq günahdan,
Eylər azad Rəbb bu buxovdan.
3. Sözlə, əməllə Rəbbə həmd edək,
Dürüst, pak yaşaraq şərəf gətirək.
Vardır ricam Səndən, ya Rəbbim,
Qoy özümə mən olum hakim.
(Həmçinin baxın: 1 Kor. 9:25; Qal. 5:23; 2 But. 1:6.)