Nəğmə 154
Dözüm göstərəcəyik
Biz sınaq vaxtı
Dözək İsa Məsih kimi.
Rəbb verən vədlər
Onun üçün gerçək idi.
Məsihçün öndəydi
Rəbbin uca adı.
(NƏQARƏT)
Bizə dözüm gərəkdir,
Dönməz, sadiq qalaq.
Rəbbin Sözü gerçəkdir,
İman edib, sonadək tab edək.
Çox çətin olur
Həyatımız ildən-ilə.
Heç bitməz ümid
Göz yaşları axsa belə.
Möhkəm ol, vaz keçmə,
Gözlə, ümid eylə.
(NƏQARƏT)
Bizə dözüm gərəkdir,
Dönməz, sadiq qalaq.
Rəbbin Sözü gerçəkdir,
İman edib, sonadək tab edək.
Şəkk etmərik biz,
Təslim olmarıq heç zaman.
Son ana qədər
Rəbbin günün edək bəyan.
Dözüm biz göstərik,
Bitir axırzaman.
(NƏQARƏT)
Bizə dözüm gərəkdir,
Dönməz, sadiq qalaq.
Rəbbin Sözü gerçəkdir,
İman edib, sonadək tab edək.
(Həmçinin baxın: Həv. 20:19, 20; Yaq. 1:12; 1 But. 4:12—14.)