NƏĞMƏ 25
Allahın məxsusi ümməti
Çap versiyası
1. Rəbb xəlq etdi ruhuyla
Yeni soy, yeni xilqət.
Onları məsh edibdir,
Qazanıblar rəğbət.
NƏQARƏT
Məxsusdur, Yehova,
Seçdiyin ümmət Sənə.
Bağlıdır, sadiqdir,
Onlar adına eylər səna.
2. Pak, müqəddəs ümmətçün
Açdın həqiqət yolun.
Zülmətə Sən, Yehova,
Ələdin Öz nurun.
NƏQARƏT
Məxsusdur, Yehova,
Seçdiyin ümmət Sənə.
Bağlıdır, sadiqdir,
Onlar adına eylər səna.
3. Bax bu ümmət tabedir
Rəbbin əmrinə qəlbdən.
Müjdəni vəz edirlər
Cəsarətlə, şad-kam.
NƏQARƏT
Məxsusdur, Yehova,
Seçdiyin ümmət Sənə.
Bağlıdır, sadiqdir,
Onlar adına eylər səna.
(Həmçinin baxın: Əşy. 43:20b, 21; Məl. 3:17; Kol. 1:13.)