NƏĞMƏ 62
Yeni nəğmə
(Zəbur 98)
1. Gəl Haqq-Taalaya oxu yeni həmd nəğməsin.
Hər işi kamildir, danış, aləm bilsin.
Rəbb çaldı zəfər Öz qüdrətli əli ilə.
Haqdır O, adildir,
Gəl hamıya söylə.
NƏQARƏT
Səslənsin
Yeni həmd nəğməsi!
Səslənsin
Şərəfinə Rəbbin!
2. Gəl alqış eylə, gəl salamla Yehovanı.
Sidq-qəlbdən şərqi de, uca tut adını.
Gəl, qoşul xalqa, mədhlər oxu hüzurunda.
Çəng, şeypur qavalla
Çalsın bir ahəngdə.
NƏQARƏT
Səslənsin
Yeni həmd nəğməsi!
Səslənsin
Şərəfinə Rəbbin!
3. Qoy bütün xilqət Xaliqinə alqış desin.
Qoy dərin ümman da sevinclə gurlasın!
Şad olsun ellər, coşub-daşsın bütün çaylar.
Yer üzü şənliklə
Rəbbə desin həmdlər.
NƏQARƏT
Səslənsin
Yeni həmd nəğməsi!
Səslənsin
Şərəfinə Rəbbin!
(Həmçinin baxın: Zəb. 96:1; 149:1; Əşy. 42:10.)