Müqəddəs yazılara aid suallara cavab
Şeytan necə peyda olub?
Allah Şeytan yaratmayıb. Onun yaratdığı bir mələk sonradan dönüb Şeytan İblis oldu. Allahın Kəlamında deyilir ki, Allah onu yaradanda o, saleh və qüsursuz idi. Deməli, başlanğıcda İblis Allahın sadiq mələklərindən biri olmuşdu. (Yəhya 8:44 ayəsini oxuyun.)
Necə ola bilər ki, saleh bir mələk dönüb İblis olsun?
Sonradan dönüb Şeytan olan mələk Allaha qarşı çıxdı və ilk insanları — Adəmlə Həvvanı da bu işdə ona qoşulmağa təhrik etdi. Və beləcə, o, özü «Düşmən» mənasını verən Şeytan oldu. (Yaradılış 3:1—5; Vəhy 12:9 ayələrini oxuyun.)
Allahın digər şüurlu varlıqları kimi, Şeytan İblis olan həmin mələk də xeyirlə şər arasında seçim etmək azadlığına malik idi, lakin o istədi ki, başqaları ona ibadət etsin. Onun şan-şöhrətə və hakimiyyətə sahib olmaq arzusu Allaha itaət etmək arzusuna güc gəldi. (Matta 4:8, 9; Yaqub 1:13, 14 ayələrini oxuyun.)
İblis bu gün insanları necə yoldan çıxarır? Biz ondan qorxmalıyıqmı? Bu sualların cavabını Müqəddəs Yazılardan öyrənə bilərsiniz.
MÜQƏDDƏS YAZILARA AİD VERİLƏN DİGƏR SUALLARIN CAVABLARINI İNTERNET SAYTIMIZDAN OXUYA BİLƏRSİNİZ