ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ZƏBUR 79—86
Həyatında əsas yeri kim tutur?
83-cü məzmuru bəstələyən şəxsin Davud padşahın müasiri olan lavili Asəfin nəslindən olduğu ehtimal olunur. Bu məzmur düşmən xalqların Yehovanın xalqını hədələdiyi vaxtlarda yazılmışdı.
Məzmurçunun duasından görmək olar ki, onu ən çox narahat edən öz şəxsi təhlükəsizliyi yox, Yehovanın adı və Onun ali hakimiyyəti idi
Bu gün Allahın xidmətçiləri ard-arda hücumlara məruz qalırlar. Biz sədaqətli qalmaqla Yehovanın adını ucaldırıq
Yehova istəyir ki, biz Onun adını bilək
Biz öz hərəkətlərimizlə göstərməliyik ki, həyatımızda əsas yeri Yehova Allah tutur