ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LUKA 19, 20
On mina məsəli
Bu məsəldə hansı fərqli məqamlar təsvir olunur?
Ağa İsanı təmsil edir
Nökərlər İsanın məsh olunmuş davamçılarını təmsil edir
Ağanın nökərlərə verdiyi pul şagird hazırlamaq işini təmsil edir
Məsəldə xəbərdarlıq edilir ki, Məsihin məsh olunmuş davamçıları yaramaz nökər kimi hərəkət etsə, nə baş verər. İsa davamçılarının daha çox şagird hazırlamaq üçün vaxtlarından, güclərindən və maddi vəsaitlərindən tam istifadə etməsini istəyir.
Şagird hazırlamaq işində sadiq məsh olunmuşları necə örnək ala bilərik?