MÜTALİƏ ÜÇÜN TƏKLİF
Ruhani düşüncəli insan hikmətli qərarlar verir
Yaradılış 25:29—34 ayəsini oxuyub Eyslə Yaqubun düzgün qərar verib-vermədiyini öyrənin.
Konteksti dərindən araşdırın. Bu hadisədən əvvəl nə baş vermişdi? (Yar. 25:20—28). Bəs bundan sonra nə baş verdi? (Yar. 27:1—46).
Təfərrüatları dərindən araşdırın. Həmin dövrdə ilk doğulan oğulların hansı hüquqları və öhdəlikləri var idi? (Yar. 18:18, 19; nwt s. 1700; w10-TK 1/5 s. 13).
Bu hüquqlara Məsihin nəsil şəcərəsinə daxil olmaq hüququ da daxil idi? (w17.12 s. 14—15).
Nə öyrəndiniz və bunu necə tədbiq edərdiniz? Nəyə görə Yaqub ilk oğulluq haqqına Eysdən çox dəyər verirdi? (İbr. 12:16, 17; w03-TK 15/10 s. 28—29). Yehova bu iki qardaş haqda hansı fikirdə idi və nəyə görə? (Məl. 1:2, 3). Daha yaxşı qərarlar vermək üçün Eys başqa necə davrana bilərdi?
Düşünün: «Həftəlik cədvəlimdə, məsələn, ailəvi ibadəti planlaşdıranda ruhani şeylərə dəyər verdiyimi necə göstərə bilərəm?»