Haşiyə
a Müqəddəs Kitabın orijinal mətnində «fidyə» sözü vurulan zərərin əvəzini ödəmək və ya kimisə azad etmək üçün fidyə vermək mənasını verir. Məsələn, ibrani feli olan «kafar», əsasən, «örtmək» mənasını daşıyır. Bu söz, adətən, günahı örtmək kimi istifadə olunur (Zəbur 65:3). Həmin sözün isim forması olan «kofer» isə, vurulan zərəri örtmək və ya əvəzini ödəmək mənasını daşıyır (Çıxış 21:30). Eynilə də, yunan sözü olan «litron», adətən, «fidyə» kimi tərcümə olunur, həmçinin «azad etmək üçün ödənilən məbləğ» və ya «satın alma» mənasında da işlənə bilər (Mətta 20:28; Müqəddəs Kitab, 2009). Yunan yazıçıları bu ifadəni müharibə zamanı əsirlikdə olan kəsi və ya nökəri azad etmək üçün verilən fidyə kimi istifadə ediblər.