DƏRS 06
Həyat necə yaranıb?
«Həyat mənbəyi» Allahdır (Zəbur 36:9). Buna inanırsınız? Bəzi insanlar düşünür ki, həyat kor təsadüf nəticəsində yaranıb. Əgər bu, doğrudan da, belədirsə, deməli, insan da təsadüfün nəticəsidir. Yox əgər həyatı Yehova Allah yaradıbsa, onda bunun bir məqsədi olmalıdıra. Görün Müqəddəs Kitabda həyatın əmələ gəlməsi barədə nə yazılıb və nəyə görə buna inanmaq məntiqlidir.
1. Kainat necə yaranıb?
Müqəddəs Kitabda deyilir: «Başlanğıcda Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1). Əksər alimlər razılaşır ki, Kainatın başlanğıcı olub. Allah onu necə yaradıb? O, qalaktikalar, ulduzlar, planetlər də daxil olmaqla, Kainatda olan hər şeyi Öz müqəddəs ruhu, yəni qüvvəsi ilə yaradıb (Yaradılış 1:2).
2. Allah Yer kürəsini nəyə görə yaradıb?
Yehova Yeri «boş yerə deyil, yaşayış üçün» yaradıb (Əşiya 45:18). O, Yer kürəsində həyat üçün əlverişli şərait yaradıb və planetimizi insanların əbədi yaşaması üçün zəruri olan hər şeylə təmin edib. (Əşiya 40:28; 42:5 ayələrini oxuyun.) Elm sübut edir ki, Yer kürəsi xüsusidir, digər planetlərdən fərqlənir. İnsanın yaşaması üçün zəruri olan şərait yalnız burada mövcuddur.
3. İnsanları heyvanlardan fərqləndirən nədir?
Yehova Yer kürəsini hazır edəndən sonra orada canlı aləmi yaratdı. Əvvəlcə, O, yer üzündə bitkiləri və heyvanları yaratdı. Sonra isə «Öz bənzərində» insanı xəlq etdi. (Yaradılış 1:27 ayəsini oxuyun.) İnsanları heyvanlardan fərqləndirən nədir? Allahın bənzərində olan insanda Allahın xüsusiyyətləri, məsələn, məhəbbət və ədalət kimi xüsusiyyətlər var. Bununla yanaşı, Allah insanı elə yaradıb ki, o, yeni dil öyrənə bilir, incəsənətin gözəlliyinə valeh olur, musiqidən həzz alır. Ən əsası isə, heyvanlardan fərqli olaraq, biz Yaradanımıza ibadət edə bilirik.
D Ə R İ N L İ Y Ə V A R I N
Həyatın yaradıldığına və Müqəddəs Kitabda bu barədə yazılanların məntiqli olduğuna dair dəlilləri araşdırın. Görün insandakı gözəl xüsusiyyətlər bizə Allah haqqında nə öyrədir.
4. Həyat yaradılış məhsuludur
İnsanlar təbiətə baxaraq müxtəlif şeylər ixtira edirlər və buna görə başqalarından tərif alırlar. Görəsən, təbiətdəki şeylərə görə kim alqışa layiqdir? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
İnsanlar təbiətə baxıb nələr düzəldirlər?
Heç bir ev öz-özünə yaranmır. Onun layihəsini quran, tikən olur. Bəs təbiətdə gördüyümüz şeyləri kim düşünüb yaradıb? İbranilərə 3:4 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Təbiətdə ən çox nələr sizi valeh edir?
Kainatın və orada olan hər şeyin yaradıldığına inanmaq məntiqlidir? Nəyə görə belə düşünürsünüz?
Bilirsiniz?
Bu mövzu barədə məqalə və videoları jw.org saytının «Təkamül, yoxsa yaradılış möcüzəsi?» və «Həyatın əmələ gəlməsi» bölmələrindən tapa bilərsiniz.
«Bəli, hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır»
5. Müqəddəs Kitabda yaradılış haqda yazılanlar məntiqlidir
«Yaradılış» kitabının 1-ci fəslində Yer kürəsinin və orada həyatın yaradılmasından bəhs olunur. Bu fəsildə yazılanlara inanmaq olar, yoxsa bunlar sadəcə əfsanədir? VİDEOYA baxın və növbəti sualları müzakirə edin:
Müqəddəs Kitabdakı altı yaradılış gününün hər biri 24 saatdan ibarət idi?
Sizcə, Müqəddəs Kitabda yaradılışla bağlı deyilənlər məntiqli və ağlabatandır? Nəyə görə belə düşünürsünüz?
Yaradılış 1:1 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Alimlər deyir ki, Kainatın başlanğıcı olub. Onların gəldiyi qənaət Müqəddəs Kitabdan oxuduğunuz bu ayə ilə necə uzlaşır?
Bəzi insanlar düşünür ki, bəlkə də Allah canlıları təkamül yolu ilə yaradıb. Yəni onların fikrincə, Allah bir sadə hüceyrə yaradıb, sonra isə bu hüceyrədən müxtəlif canlılar əmələ gəlib. Yaradılış 1:21, 25, 27 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Müqəddəs Kitabda deyilirmi ki, Allah balıqları, digər heyvanları və insanı təkamül yolu ilə yaradıb? Yoxsa O, növünə və cinsinə görə bütün canlıları yaradıb?
6. İnsan yer üzündə ən ali məxluqdur
İnsanı da, heyvanları da Yehova yaradıb. Amma insan heyvandan fərqlənir. Yaradılış 1:26 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Allahın bənzərində yaradılmış insanda məhəbbət və şəfqət kimi xüsusiyyətlərin olması bizə Allah barədə nə deyir?
BƏZİ İNSANLAR DEYİR: «Müqəddəs Kitabda yaradılışla bağlı deyilənlər uydurmadır».
Siz bu haqda nə düşünürsünüz? Nəyə görə belə düşünürsünüz?
İCMAL
Yehova Kainatı və canlı aləmi yaradıb.
Təkrar
Müqəddəs Kitabda Kainatın yaradılması ilə bağlı nə deyilir?
Allah müxtəlif canlı varlıqların əmələ gəlməsi üçün təkamüldən istifadə edib, yoxsa onları növünə və cinsinə görə yaradıb?
İnsanı bütün canlılardan fərqləndirən nədir?
Ə L A V Ə M Ə L U M A T
Yaradanın varlığından xəbər verən yaradılış nümunələrinə nəzər salın.
«Təbiətdən nə öyrənirik?» («Oyanın!», sentyabr 2006)
Görün Müqəddəs Kitabda yaradılışla bağlı yazılanları uşağa necə başa salmaq olar.
Görün təkamül Müqəddəs Kitabla uzlaşır, ya yox.
«Allah müxtəlif canlıları yaratmaq üçün təkamüldən istifadə edib?» (internet məqaləsi)
Daşlaşmış qalıqlardan və elmi təcrübələrdən nə məlum olur: həyat yaradılıb, yoxsa təsadüf nəticəsində əmələ gəlib?
a 25-ci dərsdə Allahın bəşəriyyətlə bağlı niyyətini araşdıracağıq.