Nuhun gəmi jurnalı bizim üçün əhəmiyyət kəsb edirmi?
İSA MƏSİH iştirakının və bu sistemin sonunun əlaməti haqqında peyğəmbərlik edərkən demişdir: “Nuhun günləri necə idisə, İnsan Oğlunun gəlişi də elə olacaqdır” (Matta 24:3, 37). Gördüyümüz kimi, İsa bizim günlərdə baş verən hadisələrin Nuhun günlərindəki hadisələrə bənzəyəcəyini əvvəlcədən bildirmişdir. Deməli, həmin günlərdə baş verən hadisələr haqqında doğru və dəqiq mə’lumat bizim üçün qiymətli xəzinə olmalıdır.
Nuhun “gəmi jurnalını” bu cür qiymətli xəzinə hesab etmək olarmı? Onun həqiqi tarixi sənəd olduğuna dair əlamətlər mövcuddurmu? Tufanın nə zaman baş verdiyini müəyyən etmək olarmı?
Tufan nə zaman baş vermişdir?
Müqəddəs Kitabda, bəşəriyyətin başlanğıcına qədər olan vaxtı geriyə doğru dəqiqliyi ilə hesablamağa kömək edən xronoloji mə’lumat var. Yaradılış 5:1-29 (MKŞ) ayələrinə ilk insan olan Adəmin yaradılmasından Nuhun doğulmasına qədər yaşayan nəslin şəcərəsi daxildir. Tufan “Nuhun ömrünün altı yüzüncü ilində” başlanmışdı (Yaradılış 7:11, MKŞ).
Tufanın nə zaman baş verdiyini müəyyən etmək üçün, hər hansı bir tarixi mərhələdən geriyə hesablamaq lazımdır. Yə’ni hesablamanı həm dünyəvi tarixin qəbul etdiyi, həm də Müqəddəs Kitabda təsvir olunan müəyyən bir hadisənin baş verdiyi tarixdən aparmaq lazımdır. Həmin çıxış nöqtəsindən başlayaraq, Tufanın nə zaman baş verdiyini bu gün ümumi qəbul edilmiş Qriqori təqviminə əsasən hesablamaq olar.
Tarixi mərhələ kimi fars padşahı Kirin Babil üzərində qələbə çaldığı b. e. ə. 539-cu ili götürmək olar. Kirin hökmranlıq etdiyi dövrə Babil lövhəcikləri, həmçinin Diodora, Afrikana, Yevsevi və Ptolemeyin sənədləri şəhadət edir. Kirin fərmanına əsasən, yəhudilərin qalığı Babili tərk edib, b. e. ə. 537-ci ildə vətənə qayıtmışdı. Bu minvalla, Müqəddəs Kitabın xronologiyasına əsasən Yəhudi padşahlığının b. e. ə. 607-ci ildə başlamış 70 illik viranəliyinə son qoyuldu. Hakimlərin və İsrail padşahlarının hakimiyyətdə olduqları dövrü hesaba alsaq, israillilərin Misirdən b. e. ə. 1513-cü ildə çıxdığını müəyyən etmək olar. Sonra Müqəddəs Kitaba əsaslanan xronologiya bizi 430 il əvvələ, İbrahimlə əhdin bağlandığı b. e. ə. 1943-cü ilə aparıb çıxarır. İndi isə Terahın, Nahorun, Serucun, Reunun, Pelegin, Eberin, Şelahın və “tufandan iki il sonra” doğulan Arpakşadın doğulma tarixlərini və yaşadıqları müddəti nəzərə almalıyıq (Yaradılış 11:10-32, MKŞ). Beləliklə, Tufanın başlanğıcı b. e. ə. 2370-ci ilə düşüra.
Tufan başlayır
Nuhun günlərindəki hadisələrdən söz açmazdan əvvəl yaxşı olardı ki, “Yaradılış” kitabının 7-ci fəslinin 11-ci ayəsindən 8-ci fəslin 4-cü ayəsinədək oxuyaq. Yağan güclü yağış haqqında oxuyuruq: “Həmin gün — Nuhun ömrünün altı yüzüncü ilində [b. e. ə. 2370-ci il], ikinci ayın on yeddinci günündə dərinlikdə olan bütün su qaynaqları püskürdü və göylərin pəncərələri açıldı” (Yaradılış 7:11, MKŞ).
Nuh bir ili hər biri 30 gündən ibarət 12 aya bölmüşdür. Qədimdə ilin birinci ayı təxminən bizim sentyabr ayının ortalarından başlanırdı. Sular “ikinci ayın on yeddinci günündə” püskürməyə başladı və bu, b. e. ə. 2370-ci ilin noyabr və dekabr aylarında 40 gün və 40 gecə ərzində davam etdi.
Tufan haqqında həmçinin deyilir: “Yüz əlli gün ərzində su yer üzündə çoxaldı. [...] Su yer üzündən tədricən çəkildi, yüz əlli gün keçdikdən sonra su azalmağa başladı. Yeddinci ayın on yeddinci günündə gəmi Ararat dağlarında dayandı” (Yaradılış 7:24–8:4, MKŞ). Beləliklə, su çəkilməzdən əvvəl bütün yer üzü 150 gün, yə’ni 5 ay ərzində sulara qərq olmuşdu. Nəticə e’tibarı ilə, gəmi b. e. ə. 2369-cu ilin aprel ayında “Ararat dağlarında dayandı”.
İndi isə Yaradılış 8:5-17 (MKŞ) ayələrini oxuyaq. Dağların zirvələri, demək olar ki, iki ay yarımdan (73 gündən) sonra, “onuncu ayın [iyun] birinci günündə” göründü (Yaradılış 8:5, MKŞ)b. Üç aydan (90 gündən) sonra — “Nuhun ömrünün altı yüz birinci ilində, birinci ayın birinci günündə”, yə’ni b. e. ə. 2369-cu ilin sentyabr ayının ortasında Nuh “gəminin qapağını qaldırdı”. Nuh o zaman artıq “torpağın üzərindəki suyun quruduğunu” gördü (Yaradılış 8:13, MKŞ). Bir ay 27 gündən (yə’ni 57 gündən) sonra, “ikinci ayın iyirmi yeddinci günündə [b. e. ə. 2369-cu ilin noyabr ayının ortasında] yer üzündəki su qurumuşdu”. Nuh ailəsi ilə birlikdə gəmidən quruya çıxdı. Deməli, Nuh və başqaları gəmidə bir qəməri il və on gün (370 gün) qalmışdılar (Yaradılış 8:14, MKŞ).
Bu dəqiq yazılar — hadisələr, təfsilatlar və vaxt müddəti haqqında nəyi sübut edir? Qısa desək, “Yaradılış” kitabını yazan yəhudi peyğəmbəri Musa, ehtimal ki, əvvəllər olan yazılara əsaslanaraq əfsanəvi hekayələri deyil, faktları söyləmişdir. Deməli, Tufan bizim üçün böyük əhəmiyyət kəsb edir.
Müqəddəs Kitabın başqa hissələrində Tufan haqqında nə deyilir?
“Yaradılış” kitabından başqa, Müqəddəs Kitabın bir çox hissələrində Nuh və Tufandan söz edilir. Məsələn:
1) Tədqiqatçı Ezra Nuhu və onun oğullarını (Sim, Ham və Yafeti) İsrail xalqının nəsil tarixinə daxil etmişdir (1 Tarixlər 1:4-17).
2) Həkim və Müjdəçi Luka, İsa Məsihin ulu valideynlərinin sırasına Nuhu da daxil etmişdir (Luka 3:36).
3) Həvari Peter həmimanlılarına yazdığı məktublarında Tufan haqqında bir neçə dəfə söz etmişdir (2 Peter 2:5; 3:5, 6).
4) Həvari Pavel, Nuhun ailəsinin xilası üçün gəmi tikərkən göstərdiyi böyük imandan söz etmişdir (İbranilərə 11:7).
Allahdan ilham almış bu kitabları yazan kəslərin “Yaradılış” kitabındakı Tufan haqqında qeydləri doğru hesab etmələrinə şübhə ilə yanaşmağa hansısa əsaslar varmı? Xeyr, onlar Tufanın real bir hadisə olduğuna şübhəsiz yanaşırdılar.
İsa və Tufan
İsa Məsih yer üzünə gəlməmişdən əvvəl də yaşamışdı (Süleymanın məsəlləri 8:30, 31). O, Tufan baş verən zaman göydə ruhani şəxsiyyət idi. Buna görə də, həmin hadisələrin şahidi olan İsanın dedikləri, Müqəddəs Kitabda təsvir edilən Nuhun və Tufanın əfsanə deyil, həqiqət olduğuna daha çox dəlalət edir. İsa demişdi: “Nuhun günləri necə idisə, İnsan Oğlunun gəlişi də elə olacaqdır. Çünki Nuhun gəmiyə girdiyi günə qədər, tufandan əvvəlki günlərdə, insanlar yeyib, içib, evlənib, ərə gedirdilər. Və tufan gəlib hamısını aparıncaya qədər necə bixəbər idilərsə, İnsan Oğlunun gəlişi də bu cür olacaqdır” (Matta 24:37-39).
İsa indiki sistemin sonu haqqında xəbərdarlıq etmək üçün xalq nağıllarına əsaslanardımı? Çətin! Onun pislərin Allahın cəzasına uğradığını göstərən həqiqi bir hadisədən söz etdiyinə şübhə etməyə bilərik. Bəli, Tufan zamanı çox insan məhv olmuşdu, lakin Nuhun və ailəsinin xilas olduğunu bilmək bizə təsəlli gətirir.
“Nuhun günləri” bu gün, “İnsan Oğlu” — İsa Məsihin iştirakı zamanı yaşayan kəslər üçün böyük əhəmiyyət kəsb edir. Nuhun apardığı qeydlərdə qorunub saxlanılan ümumdünya Tufanı haqqındakı geniş mə’lumatı oxuduqda, bunun həqiqi tarixi bir sənəd olduğuna əmin ola bilərik. Allahdan ilham alaraq “Yaradılış” kitabında yazılan Tufan haqqındakı hekayə bizim üçün böyük əhəmiyyət kəsb edir. Nuh, oğulları və onların həyat yoldaşları Allahın xilas etmək üsuluna iman gətirdikləri kimi, bizim də bu gün İsanın fidiyə qurbanlığına iman gətirməyimiz Yehovanın müdafiəsini tapmaqda bizə kömək edəcəkdir (Matta 20:28). Bundan başqa, Nuhun “gəmi jurnalına” əsasən Nuh və ailəsi həmin dövrün zalım dünyasına son qoyan Tufandan sağ çıxdıqları kimi, biz də bu pis sistemin sonundan sağ çıxmağa ümid edə bilərik.
[Haşiyələr]
a Tufanın tarixinin hesablanmasıyla bağlı təfsilatı, Yehovanın Şahidləri tərəfindən nəşr edilən “Müqəddəs Yazıların dərk edilməsi” (ing.) ensiklopediyasının 458-460-cı səhifələrindən tapa bilərsiniz.
b K. Keyl və F. Deliçanın “Əhdi Ətiqə şərhlər” kitabının I cildinin 148-ci səhifəsində deyilir: “Gəminin dayanmasından, ehtimal ki, 73 gün sonra dağların təpələri, yə’ni gəmini əhatə edən... dağlıq ərazidəki təpələr görünməyə başladı”.
[5-ci səhifədəki çərçivə]
Onlar bu qədər yaşadılarmı?
MÜQƏDDƏS KİTABDA deyilir: “O, [Nuh] doqquz yüz əlli il ömür sürüb öldü” (Yaradılış 9:29, MKŞ). Nuhun babası Metuşelah 969 il yaşamışdı. Tarix ərzində heç bir insan bu qədər uzun ömür sürməmişdir. Adəmdən Nuha qədər yaşamış on nəsil orta hesabla 850 ildən çox ömür sürmüşdür (Yaradılış 5:5-31, MKŞ). Doğrudanmı, əvvəllər insanlar bu qədər çox yaşayırdılar?
Allahın ilk niyyətinə görə insan əbədi yaşamalı idi. İlk insan Adəm əsla ölməmək imkanı ilə yaradılmışdı, amma bir şərtlə ki, o, Allaha itaətkar olmalı idi (Yaradılış 2:15-17, MKŞ). Lakin Adəm itaətsizlik etdi və əbədi yaşamaq imkanından məhrum oldu. O, 930 il yaşadıqdan sonra ‘alındığı’ torpağa qayıtdı (Yaradılış 3:19; 5:5, MKŞ). İlk insanın bütün nəsli ondan günah və ölümü miras aldı (Romalılara 5:12).
Bununla belə, həmin dövrdə yaşayan insanlar Adəmin başlanğıcda malik olduğu kamilliyə yaxın idilər və görünür, elə buna görə də, kamillikdən uzaq olan insanlardan çox yaşayırdılar. Beləliklə, Tufana qədər insanın ömrü 1 000 ilə yaxın ikən, Tufandan sonra kəskin şəkildə qısaldı. Məsələn, İbrahim cəmi 175 il ömür sürdü (Yaradılış 25:7, MKŞ). Allaha sadiq olan bu tayfa başçısının ölümündən 400 il sonra isə Musa peyğəmbər yazmışdı: “İllərimizin günləri yetmiş ildir və qüvvətlə səksən il olarsa onların qüruru zəhmət və kədərdir; çünki tez keçər və biz də uçarıq” (Məzmur 90:10). Həmin vəziyyət indi də dəyişilməz olaraq qalır.
[6 və 7-ci səhifələrdəki cədvəl/şəkillər]
Vaxt, yəhudilərin əsarətdən azad olunması ilə əlaqədar Kirin verdiyi fərmandan Nuhun günlərində baş verən Tufana doğru hesablanır
537 Kirin fərmanıc
539 Fars padşahı Kirin
Babil üzərində qələbəsi
68 il
607 Yəhudeyanın 70 illik
viranəliyinin başlanğıcı
İsrailin rəhbərlər,
hakimlər və
padşahlar tərəfindən
906 il ərzində idarə
oluması
1513 İsraillilərin
Misirdən çıxması
1943 İbrahimlə kəsilən
əhdin təsdiqi
205 il
2148 Terahın doğulması
222 il
2370 Tufanın başlanması
[Haşiyə]
c Yəhudiləri əsarətdən azad etməyə dair Kirin verdiyi fərman “Fars kralı Koreşin [Kir] birinci ilində”, yə’ni, ehtimal ki, b. e. ə. 538-ci ildə, yaxud 537-ci ilin əvvəlində çıxmışdı.