Oxucuların sualları
Yehova İbrahimlə əhdi harada bağladı: Urda, yoxsa Xaranda?
Yehovanın İbrahim ilə bağladığı əhd haqqında ilk dəfə Yaradılış 12:1-3 (MKŞ) ayələrində xatırlanır: “Rəbb Əvrama dedi: “Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm... Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaqlar”a. Yehova İbrahimlə əhdi, yəqin ki, Ur diyarında bağlamış və bu əhdi, İbrahim Xaran torpağına gəldikdən sonra bir daha təsdiq etmişdir.
Birinci əsrdə Stefan, Yehovanın İbrahimə Kən’an diyarına getməyi buyurduğunu xatırlatdı. Stefan Sinedriona müraciət edərək dedi: “Atamız İbrahim Haranda yerləşməzdən əvvəl, Mesopotamiyada olarkən, izzətli Allah ona göründü və ona dedi: “Məmləkətindən və əqrəbanın yanından çıx və sənə göstərəcəyim ölkəyə get” (Həvarilərin işləri 7:2, 3). İbrahim əvvəllər Ur diyarında yaşayırdı və Stefanın sözlərinə görə, Kən’an diyarına getmək buyuruğunu ilk dəfə orada eşitmişdi (Yaradılış 15:7, MKŞ; Nehemya 9:7). Stefan, Allahın İbrahimlə bağladığı əhdi xatırlatmır, lakin Yaradılış 12:1-3 ayələrindəki bu əhd Kən’an diyarına getmək əmri ilə bağlı idi. Buna görə də, Yehovanın İbrahimlə əhdi Ur diyarında bağladığını düşünmək məntiqə uyğundur.
Lakin “Yaradılış” kitabının diqqətlə oxuduqda belə bir nəticəyə gəlirik ki, Yehova İbrahimlə bağladığı əhdi Xaranda təkrarladı. O, həmin əhdin bə’zi xüsusiyyətlərini Kən’an diyarında da təkrar edib, dəqiqləşdirdi (Yaradılış 15:5; 17:1-5; 18:18; 22:16-18, MKŞ). Yaradılış 11:31, 32 ayələrinə əsasən, İbrahimin atası Terəx Ur diyarından Kən’an torpağına İbrahim, Sara və Lut ilə birlikdə getdi. Onlar Terəxin ölümünə qədər Xaranda qaldılar. Kən’an torpağında olduğu vaxt ərzində İbrahim çoxlu sərvət əldə etmişdir (Yaradılış 12:5, MKŞ). Müəyyən vaxtdan sonra, İbrahimin qardaşı Naxor da oraya köçdü.
Müqəddəs Kitabda yazılıb ki, Terəxin ölümündən sonra Yehova İbrahimlə yenidən danışdı, “Əvram Rəbbin ona söylədiyi kimi oradan çıxdı” (Yaradılış 12:4, MKŞ). Beləliklə, Yaradılış 11:31-12:4 ayələri aydın şəkildə göstərir ki, Yaradılış 12:1-3 ayələrində qələmə alınmış sözləri Yehova Terəxin ölümündən sonra demişdir. Buradan da belə bir nəticə çıxarmaq olar ki, Allahın göstərəcəyi torpağa getmək buyuruğunu İbrahim həm Ur diyarında, həm də sonradan Xaranda eşitmişdi.
Yaradılış 12:1-ci ayəsinə əsasən, Yehova İbrahimə tapşırdı: “Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get”. Bir vaxtlar İbrahimin torpağı və ata evi Ur diyarı olmuşdur. Lakin İbrahimin atası ev xalqı ilə birlikdə Kən’an torpağına köçdü və İbrahim bu torpağı öz məmləkəti adlandırmağa başladı. Kən’an torpağında çox illər ömür sürdükdən sonra, oğlu İshaqa həyat yoldaşı tapmaq üçün İbrahim qulunu öz vətəninə göndərdi. Onun qulu “Naxorun yaşadığı şəhərə gəldi” (bu, ya Xaran, ya da yaxınlıqda yerləşən başqa bir yer ola bilərdi) (Yaradılış 24:4, 10, MKŞ). O, İbrahimin qohumu Naxorun böyük ailəsinə mənsub olan Rivqanı həmin ərazidə tapdı (Yaradılış 22:20-24; 24:15, 24, 29; 27:42, 43, MKŞ).
Sinedrionun qarşısındakı nitqi zamanı, Stefan İbrahim haqqında demişdi: “Atası öldükdən sonra, Allah onu oradan indi yaşadığınız ölkəyə köçürdü” (Həvarilərin işləri 7:4). Bu, Yehovanın İbrahimlə Xaranda danışdığına işarə edir. Yaradılış 12:1-3 ayələrinin göstərdiyi kimi, o zaman Yehovanın İbrahimlə bağladığı əhdi təkrarlaması nəticəsinə gəlmək məntiqə uyğundur, çünki bu əhd İbrahim Kən’an torpağına köçdükdən sonra qüvvəyə minmişdir. Beləliklə, bu faktların hər birinin nəzərə alsaq, belə qərara gəlmək olar ki, Yehova İbrahimlə əhdini, yəqin ki, Ur diyarında bağlamış və sonradan onu Xaranda təsdiq etmişdir.
[Haşiyə]
a Əvramın 99 yaşı olanda, Yehova Kən’an diyarında ona İbrahim adını verdi (Yaradılış 17:1, 5, MKŞ).