DƏRS 25
Allahın bizimlə bağlı niyyəti nədir?
Müqəddəs Kitabda deyilir ki, insanın «ömrü gödəkdir, əzab-əziyyətlə doludur» (Əyyub 14:1). Doğrudanmı, Allah bizim belə yaşamağımızı istəyir? Müqəddəs Kitabdan öyrənirik ki, bu heç də belə deyil. Bəs onda Allahın bizimlə bağlı niyyəti nədir? Onun niyyəti nə vaxtsa həyata keçəcək? Gəlin bu sualların cavabını Müqəddəs Kitabdan tapaq.
1. Yehova bizə necə bir həyat arzu edir?
Yehova bizim xoşbəxt yaşamağımızı istəyir. O, ilk insanları, Adəmlə Həvvanı cənnətdə, Ədən adlı gözəl bağda yaratmışdı. Müqəddəs Kitabda deyilir: «Sonra Allah onlara xeyir-dua verərək dedi: “Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun”» (Yaradılış 1:28). Yehova istəyirdi ki, Adəmlə Həvvanın övladları olsun, onlar bütün yer üzünü cənnətə çevirsinlər və heyvanların qeydinə qalsınlar. Allahın niyyəti o idi ki, insanlar əbədiyyən xoşbəxt və sağlam yaşasınlar.
Düzdür, biz bu gün belə yaşamırıqa. Amma Allahın niyyəti dəyişməyib (Əşiya 46:10, 11). O hələ də istəyir ki, itaətkar insanlar əbədiyyən firavan yaşasınlar. (Vəhy 21:3, 4 ayələrini oxuyun.)
2. Bu gün mənalı həyat sürmək üçün nə edə bilərik?
Bizim Allahı tanımağa, Ona ibadət etməyə ehtiyacımız var. Çünki O bizi belə yaradıb. (Mətta 5:3—6 ayələrini oxuyun.) Yehova istəyir ki, biz Onunla dost olaq, yəni Onun yolu ilə gedək, Onu sevək, bütün qəlbimizlə Ona xidmət edək (Qanunun təkrarı 10:12; Zəbur 25:14). Bu cür yaşayanda problemlərə baxmayaraq, xoşbəxt oluruq. Yehovaya ibadət etmək həyatımızı mənalı edir, çünki bununla biz Allahı razı salırıq.
D Ə R İ N L İ Y Ə V A R I N
Görün Yehova Yer kürəsini necə böyük məhəbbətlə yaradıb və Onun Kəlamında həyatın mənası barədə nə deyilir.
3. Yehovanın insanlarla bağlı gözəl niyyəti var
VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Allah nəyə görə Yer kürəsini belə ecazkar yaradıb?
Vaiz 3:11 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Bu ayədən Yehovanın insanlarla bağlı niyyəti barədə nə öyrənirsiniz?
4. Yehovanın niyyəti dəyişməyib
Zəbur 37:11, 29 və Əşiya 55:11 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:
Haradan bilirik ki, Yehovanın insanlarla bağlı niyyəti dəyişməyib?
5. Yehovaya ibadət etmək həyatımızı mənalı edir
Həyatın mənasını bilmək bizə xoşbəxtlik gətirir. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Həyatın mənasını bilmək Teruminin həyatına necə rəng qatdı?
Vaiz 12:13 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Yehovanın etdiyi yaxşılıqların müqabilində biz nə etməyə borcluyuq?
BƏZİ İNSANLAR SORUŞUR: «İnsan bu dünyaya niyə gəlib?»
Siz necə cavab verərdiniz?
İCMAL
Yehova istəyir ki, biz yer üzündə əbədiyyən firavan yaşayaq. Yehovaya bütün qəlbimizlə ibadət etmək həyatımızı mənalı edir.
Təkrar
Yehovanın Adəmlə Həvvanı yaratmaqda məqsədi nə idi?
Haradan bilirik ki, Yehovanın insanlarla bağlı niyyəti dəyişməyib?
Həyatın mənasını necə tapmaq olar?
Ə L A V Ə M Ə L U M A T
Ədən bağının mövcud olduğuna hansı sübutlar var?
«Eden bağı. Əfsanədir, yoxsa həqiqət?» («Gözətçi qülləsi», yanvar—mart 2011)
Nəyə görə əmin ola bilərik ki, Yer kürəsi əbədiyyən qalacaq?
Müqəddəs Kitabda həyatın mənası barədə nə deyilir?
Görün heç nədən korluq çəkməyən bir insanın həyatında nə çatışmırdı.
a Növbəti dərsdə bunun səbəbini öyrənəcəksiniz.