DƏRS 04
Allahı yaxından tanıyaq
Bəşəriyyət mövcud olandan bəri insanlar çoxlu allahlara ibadət etmişlər. Amma Müqəddəs Kitabda deyilir ki, tək olan Allah «bütün allahlardan ucadır» (2 Salnamələr 2:5). Nəyə görə bu belədir? Bu dərsdə Allahı yaxından tanıyacağıq.
1. Allahın adı nədir və nəyə görə əminik ki, Allah Onun adını bilməyimizi istəyir?
Allah Kəlamında Özünü bizə tanıdır. O deyir: «Mən Yehovayam. Adım budur». (Əşiya 42:5, 8 ayələrini oxuyun.) «Yehova» adı, bir çox alimlərin fikrincə, ibrani dilində «olmasına səbəb olur» mənasını daşıyır. Yehova istəyir ki, biz Onun adınıa bilək (Çıxış 3:15). Haradan bu qənaətə gəlirik? Allah Öz adını Müqəddəs Kitabda 7000 dəfədən çox yazdırıb! Bəli, «yuxarıda — göydə və aşağıda — yerdə tək bir Allah var» və Onun adı Yehovadır (Qanunun təkrarı 4:39).
2. Müqəddəs Kitabda Yehova barədə nə yazılıb?
Dünyada insanlar çoxlu allahlara ibadət edirlər. Ancaq Müqəddəs Kitabda deyilir ki, tək olan Allah Yehovadır. Nəyə görə? Bunun bir neçə səbəbi var. Yehova Kainatın Hökmdarıdır və «dünyada tək» O, ucadır. (Zəbur 83:18 ayəsini oxuyun.) O, Qadir Allahdır, yəni niyyət etdiyi hər şeyi həyata keçirməyə qadirdir. Yerin, göyün, «hər şeyin yaradanı» Odur (Vəhy 4:8, 11). Yalnız Yehova Allah həmişə var olub və həmişə var olacaq (Zəbur 90:2).
D Ə R İ N L İ Y Ə V A R I N
Gəlin Allaha ünvanlanan xitablarla Onun adı arasında hansı fərqin olduğunu araşdıraq. Sonra isə Allahın Öz adını bizə necə və nə üçün açdığını öyrənək.
3. Allaha müxtəlif cür xitab olunur, amma Onun bir adı var
İnsana adıyla müraciət etməklə daşıdığı vəzifəylə müraciət etmək arasında hansı fərq var? Cavabı bilmək üçün VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Vəzifəni göstərən sözlə, məsələn, «Rəbb» sözü ilə ad arasında hansı fərq var?
Müqəddəs Kitabda deyilir ki, insanlar çoxlu allahlara və ağalara ibadət edirlər. Zəbur 136:1—3 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
«Allahlar Allahı» və «ağalar Ağası» kimdir?
4. Yehova Onun adını bilməyinizi və çağırmağınızı istəyir
Nə üçün demək olar ki, Yehova Onun adını bilməyinizi istəyir? VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Nə üçün Yehova Öz adının tanınmasını istəyir?
Yehova istəyir ki, insanlar Onun adını çağırsın. Romalılara 10:13 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Yehovanın adını çağırmaq nə üçün vacibdir?
İnsanlar adınızı yadda saxlayıb, sizə adınızla hörmətcil müraciət edəndə bu sizdə hansı hissləri doğurur?
Necə düşünürsünüz, siz Yehovanın adını çağıranda O hansı hissləri keçirir?
5. Yehova Ona yaxınlaşmağınızı istəyir
Kambocadan olan Soten adlı bir qadın deyir ki, Allahın adının olduğunu biləndə ən gözəl duyğuları yaşayıb. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Allahın adını bilmək Sotendə hansı hissləri oyatdı?
Kiminsə dostu olmazdan əvvəl adətən onun adını öyrənirik. Yaqub 4:8a ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Yehova sizi nəyə səsləyir?
Allahın adını bilmək və çağırmaq Ona yaxınlaşmağa necə kömək edə bilər?
BƏZİ İNSANLAR DEYİR: «Allah təkdir, Onu hansısa adla çağırmağın heç bir fərqi yoxdur».
Allahın adının Yehova olduğuna inanırsınız?
Başqalarına necə izah edərdiniz ki, Allah Onu adı ilə çağırmağımızı istəyir?
İCMAL
Yehova tək olan Allahın adıdır. O istəyir ki, biz Onun adını bilək və çağıraq. Belə etsək, Ona yaxınlaşa bilərik.
Təkrar
Yehova Allahla insanların ibadət etdiyi başqa allahlar arasında hansı fərq var?
Nəyə görə «Yehova» adını çağırmalıyıq?
Nədən görünür ki, Yehova Ona yaxınlaşmağımızı istəyir?
Ə L A V Ə M Ə L U M A T
Allahın var olduğunu təsdiq edən 5 dəlilə baxın.
Allahın həmişə mövcud olduğuna inanmaq nəyə görə məntiqlidir?
Allahın adının qədimdə necə tələffüz olunduğu dəqiq məlum olmasa da, görün bu adı nəyə görə çəkməliyik.
Allahı hansı adla çağırmağın fərqi var? Görün nəyə əsasən deyə bilərik ki, Allahın təkcə bir adı var.
a Allahın adının mənası və bu adın Müqəddəs Kitabın bəzi tərcümələrindən çıxarılması ilə bağlı əlavə məlumat üçün «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» nəşrinin A4 əlavəsinə baxın.