-
Gözünüz kimə dikilib?Gözətçi qülləsi 2018 | iyul
-
-
5—7. İsraillilər Misirdən çıxandan qısa müddət sonra hansı problem yarandı və Musa peyğəmbər problemi necə həll etdi?
5 İsraillilərin Misirdən çıxmasından iki ay keçməmiş ciddi bir problem yaranır. Sina dağına çata-çatda xalq su qıtlığından gileylənməyə başlayır. Onlar Musa peyğəmbərə qarşı deyinirlər. Vəziyyət o həddə çatır ki, peyğəmbər Yehovaya fəryad edir: «Mən bu adamlarla neyləyim? Bir az da keçsə, məni daşqalaq edəcəklər!» (Çıx. 17:4). Yehova ona aydın göstəriş verərək deyir ki, əsasını əlinə götürüb Huribdəki qayaya vursun, bu zaman qayadan su çıxacaq. «Musa İsrail ağsaqqallarının gözü qarşısında» belə də edir. İsraillilər doyunca su içir və problem beləcə həll olunur (Çıx. 17:5, 6).
-
-
Gözünüz kimə dikilib?Gözətçi qülləsi 2018 | iyul
-
-
11. Musa peyğəmbərin əsanı qayaya vurması Yehovanın möcüzəsini hansı mənada puç edə bilərdi?
11 Digər bir ehtimal da var. İlk hadisənin baş verdiyi Məriba ərazisindəki qayalar möhkəm qranitdən idi. Bu qranitlərə nə qədər möhkəm zərbə ilə vurulsa da, su çıxma ehtimalı yox idi. Lakin ikinci Məribanın ətrafındakı sıldırım qayalar olduqca fərqli idi. Onlar əsasən kövrək əhəngdaşından ibarət idi. Əhəngdaşı məsaməli olduğu üçün onun altında yeraltı su hövzələri yığılır və bu qayalarda oyuq açmaqla su əldə etmək olur. Bəlkə də, Musa peyğəmbər qayaya iki dəfə vurduğuna görə israillilər suyun Yehovanın köməyilə yox, təbii yolla çıxdığını iddia edə bilərdilər. Demək olarmı ki, qayaya su verməsini demək əvəzinə, ona əsayla vurmaqla Musa bir növ möcüzəni puç etdi?b Bəlkə də. Amma bunu dəqiq deyə bilmərik.
-