-
Kamilliyinizi qoruyun!Gözətçi qülləsi—Təlim nəşri—2019 | fevral
-
-
3. a) Yehovanın xidmətçiləri üçün kamillik nədir? b) Kamilliyin nə olduğunu nümunələr əsasında izah edin.
3 Yehovanın xidmətçiləri üçün kamil olmaq Yehovanı bütün ürəklə sevmək, Ona sarsılmaz sədaqət göstərmək mənasını verir. Belə insan verdiyi bütün qərarlarda ilk növbədə Yehovanın istəyini nəzərə alır. Gəlin Müqəddəs Kitabda bu sözün necə işləndiyinə diqqət yetirək. Orada «kamil» sözü tam, qüsursuz, yaxud bütöv mənalarında işlənir. Misal üçün, israillilərin Yehovaya qurban gətirdikləri heyvanlar Qanuna əsasən, sağlam, qüsursuz olmalı idib (Lav. 22:21, 22). Allahın xalqı ayağı, qulağı, gözü olmayan, yaxud xəstə heyvanı qurban gətirə bilməzdi. Yehova üçün gətirilən qurbanın tam, qüsursuz və bütöv olması vacib idi (Məl. 1:6—9). Bu, təəccüblü deyil. Elə biz özümüz də çürük mer-meyvə, cırıq dəftər-kitab, yaxud bəzi hissələri olmayan əşyanı almaq istəmərik. Əksinə istəyirik ki, aldığımız şey qüsursuz, bütöv olsun. Yehova da istəyir ki, bizim Ona bəslədiyimiz məhəbbət və sədaqət tam, qüsursuz və bütöv olsun.
-
-
Kamilliyinizi qoruyun!Gözətçi qülləsi—Təlim nəşri—2019 | fevral
-
-
b İbrani dilində heyvana aid işlənən «sağlam», «qüsursuz» sözü ilə insana aid işlənən «kamil» sözünün kökləri bir-birinə yaxındır.
-