-
Özünə güvənmək rüsvayçılığa səbəb olurGözətçi qülləsi 2000 | 1 oktyabr
-
-
16. Şaul necə səbirsizlik etdi?
16 Lakin sonralar Şaulun təvazökarlığı yox oldu. Şaul filistimlilərlə müharibə edən zaman Gilqala çəkildi və orada Şəmueli gözləməli idi ki, o, qurban təqdim edərək Allaha yalvarsın. Şəmuel tə’yin edilən vaxtda gəlmədi, Şaul özünə güvənərək qurbanı özü təqdim etdi. O, elə yenicə qurtarmışdı ki, Şəmuel gəldi. “Nə etdin?” - deyə Şəmuel soruşdu. Şaul cavab verdi: “Çünki gördüm, xalq yanımdan dağılır və sən dediyin gündə gəlmədin... özümü məcbur edib qurbanı təqdim etdim” (1 Samuel 13:8—12).
17. a) Nəyə görə Şaulun davranışı ilk baxışdan haqlı görünə bilərdi? b) Şaulun səbirsiz davranışını Yeqova nə üçün mühakimə etdi?
17 Şaulun davranışı ilk baxışdan haqlı görünə bilərdi. Doğrudan da, Allahın xalqı “darda” idi, o “sıxılırdı” və ümidsiz vəziyyətdə olduğundan qorxu içində idi (1 Samuel 13:6, 7). Əlbəttə ki, vəziyyət təşəbbüs göstərməyi tələb edəndə, burada heç bir qəbahət iş yoxdurd. Lakin unutmayaq ki, Yeqova ürəkləri və ən gizli niyyətləri görür (1 Samuel 16:7). Deməli, Müqəddəs Kitabda bu haqda açıq deyilməsə də, əslində Şaulu bu hərəkətə təhrik edən hissləri Yeqova görmüşdü. Məsələn, bəlkə də Yeqova görmüşdü ki, Şaulun səbirsizliyi məğrurluqdan əmələ gəlmişdi. Bəlkə də, Şaul bərk qəzəblənirdi ki, o, - bütün İsrailin padşahı - özünün hesab etdiyi kimi, qoca, ağırtərpənən bir peyğəmbəri gözləməlidir! Necə olursa-olsun, Şaul qərara aldı ki, Şəmuelin gecikməsi, ona, hər şeyi öz öhdəsinə götürməyə və aldığı dəqiq göstərişlərə zidd olaraq davranmağa ixtiyar verir. Bunun nəticəsi nə oldu? Şəmuel, təşəbbüsünə görə Şaulu tə’rifləmədi. Əksinə, o, Şaulu: “Padşahlığın durmayacaq... çünki sən, RƏBBİN sənə əmr etdiyi şeyi yerinə yetirmədin” deyərək mühakimə etdi (1 Samuel 13:13, 14). Yenə də özünə güvənmək xüsusiyyəti rüsvayçılığa səbəb oldu.
-
-
Özünə güvənmək rüsvayçılığa səbəb olurGözətçi qülləsi 2000 | 1 oktyabr
-
-
d Məsələn, Finehas, on minlərlə israillini məhv edən bəlanı dayandırmaq üçün, dərhal tədbir gördü, Davud isə, özü ilə olan ac adamları təhrik etdi ki, “Allahın evi”ndə təqdim edilən çörəyi onunla bərabər yesinlər. Allah bu iki hərəkətin heç birini özünə güvənmək kimi mühakimə etmədi (Matta 12:2—4; Saylar 25:7—9; 1 Samuel 21:1—6).
-