-
«Bu döyüş Yehovanındır»Gözətçi qülləsi (kütləvi) 2016 | № 5
-
-
Davud böyük cəsarətlə padşah Taluta bu sözləri deyir: «Qoy heç kim ondan qorxmasın». Padşah Talut və adamları Calutdan yaman qorxmuşdular. Görünür, onlar bu nəhəng adamı özləri ilə müqayisə etmişdilər. Yəqin onlar düşünürdülər ki, Calutun ayağı boydadırlar, birini vursa, yerlərində qalacaqlar. Onların səhvləri də elə bunda idi. Davud isə belə düşünmürdü, növbəti abzaslarda görəcəyik ki, o, vəziyyətə tamamilə başqa cür baxırdı. Elə buna görə deyir ki, Calutla özü döyüşəcək (1 İşmuil 17:32).
-
-
«Bu döyüş Yehovanındır»Gözətçi qülləsi (kütləvi) 2016 | № 5
-
-
Davud Calutun nə boyda olduğunu və silah-sursatını görürdü. Bununla belə, o yol vermədi ki, bu kimi şeylər onu qorxutsun. O, Talutun və onun ordusunun səhvini təkrarlamadı. Davud Calutun gücünü öz gücü ilə yox, Yehovanın gücü ilə müqayisə etdi. Düzdür, üç metrə yaxın boyu olan Calut bütün insanlardan hündür ola bilərdi. Ancaq onun böyüklüyü Yehova Allahın böyüklüyü ilə müqayisəyə belə gələ bilməzdi. Digər insanlar kimi, Calut adi həşəratdan bir balaca böyük idi. Və Yehova onu məhv etmək niyyətində idi.
Davud cəld düşməninə tərəf qaçır, əlini dağarcığına atıb bir daş götürür. Daşı sapanda qoyur və başı üzərində sapandın səsi eşidilənə kimi fırladır. Calut Davuda sarı gedir. Ehtimal ki, Calut qalxanını daşıyan silahdarının arxasınca gəlirdi. Calutun boyunun hündür olması əslində Davuda sərf edirdi. Çünki qalxan daşıyan silahdarın normal boyunu nəzərə alsaq, o, çətin ki, bu nəhəngin başını qoruya bilərdi. Davud isə düz oranı nişan almışdı (1 İşmuil 17:41).
-
-
Davud peyğəmbərlə Calutun hadisəsi həqiqətən baş verib?Gözətçi qülləsi (kütləvi) 2016 | № 5
-
-
1 | Boyu üç metrə yaxın insan ola bilər?
Müqəddəs Kitabda deyilir ki, Calut adlı pəhləvanın boyu «altı qulac bir qarış» idi (1 İşmuil 17:4). Bir qulac 44,5 santimetr, bir qarış isə 22,2 santimetrdir. Altı qulac bir qarış 2,9 metrə bərabərdir. Bəziləri iddia edir ki, Calutun boyu bu hündürlükdə ola bilməzdi. Ancaq bir şeyin üzərində düşünün: müasir dövrdə yaşamış ən hündür insanın boyu 2,7 metrdən çox olub. Bəs onda niyə Calutun boyu bu insanın boyundan təxminən 15 santimetr hündür ola bilməsin? Calut Rəfa qəbiləsindən idi. Bu qəbilədən olan insanlar boylarının hündürlüyünə görə çox fərqlənirdilər. B.e.ə 13-cü əsrə aid Misir sənədində qeyd olunur ki, Kənan diyarından olan cəngavərlərin boyu 2,4 metr idi. Buna görə də Calutun boyunun belə hündür olması qeyri-adi olsa da, mümkünsüz deyildi.
-