DƏRS 34
Yehova Allaha sevgimizi necə göstərə bilərik?
Yəqin, Müqəddəs Kitabı öyrənməyə başlayandan Allaha məhəbbətiniz artıb. Onunla dostluğunuzu daha da möhkəm etmək istəyərdiniz? Onda unutmayın ki, Yehovaya sevginizi nə qədər çox göstərsəniz, O da sizi bir o qədər çox sevəcək, qayğınıza bir o qədər çox qalacaq. Yehovaya məhəbbətinizi necə göstərə bilərsiniz?
1. Yehovaya sevgimizi necə göstərə bilərik?
Yehovanı sevdiyimizi Ona itaət etməklə göstəririk. (1 Yəhya 5:3 ayəsini oxuyun.) Yehova heç kəsi Ona itaət etməyə məcbur etmir. O, hər bir insana imkan verir ki, itaət edib-etməyəcəyinə özü qərar versin. Çünki Yehova bizim Ona ürəkdən itaət etməyimizi istəyir (Romalılara 6:17). Yəni Yehova istəyir ki, siz məcburiyyətdən yox, sevgidən irəli gələrək Ona itaət edəsiniz. Bu kitabın 3 və 4-cü bölməsi sizə kömək edəcək ki, Yehovaya məhəbbətinizi əməldə göstərəsiniz, yəni Ona xoş gedən işlər görəsiniz, ağır gedən əməllərdən isə uzaq durasınız.
2. Yehovanı sevdiyimizi göstərmək nəyə görə çətin ola bilər?
«Salehin dərdi-səri çox olar» (Zəbur 34:19). Hər birimiz günahlı təbiətimizlə mübarizə aparırıq. Üstəlik, maddi sıxıntı, ədalətsizlik və digər problemlərlə üzləşirik. Çətinliklə üzləşəndə Yehovanın istədiyi kimi davranmaq elə də asan olmaya bilər. Çünki yanlış şeyi etmək daha rahat ola bilər. Amma Yehovanın buyurduğu kimi davransanız, Onu hər şeydən çox sevdiyinizi göstərəcəksiniz, həmçinin Ona sadiq olduğunuzu sübut edəcəksiniz. Yehova da sizə sədaqət göstərəcək. Heç vaxt sizi atmayacaq. (Zəbur 4:3 ayəsini oxuyun.)
DƏRİNLİYƏ VARIN
Görün itaətkarlığınız nəyə görə Yehova üçün vacibdir və Ona sadiq qalmağa sizə nə kömək edə bilər.
3. Sizə aidiyyəti olan məsələ
«Əyyub» kitabına əsasən, Şeytan həm Əyyuba qarşı, həm də Yehovaya ibadət etmək istəyən hər kəsə qarşı ittiham irəli sürdü. Əyyub 1:1, 6—2:10 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Şeytanın iddiasına əsasən, Əyyub Yehovaya nəyə görə itaət edirdi? (Əyyub 1:9—11 ayələrinə baxın.)
Şeytan bütün insanları, eləcə də sizi nədə ittiham edir? (Əyyub 2:4 ayəsinə baxın.)
Əyyub 27:5b ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Əyyub Yehovanı ürəkdən sevdiyini necə sübut etdi?
4. Yehovanın qəlbini sevindirin
Məsəllər 27:11 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Siz hikmətli olub Yehovaya itaət edəndə O nə hiss edir? Nəyə görə?
5. Yehovaya sadiq qalmaq mümkündür
Yehovanı seviriksə, insanlara Onun haqqında danışacağıq. Ona sadiqiksə, asan olmayanda da bunu edəcəyik. VİDEOYA baxın və növbəti sualları müzakirə edin:
Yehova barədə başqalarına danışmaq sizə çətin gəlir?
Qreysona qorxularını aşmağa nə kömək etdi?
Yehovanın sevdiyi şeyləri sevib, nifrət etdiyi şeylərə nifrət edəndə Ona sadiq qalmaq daha asan olur. Zəbur 97:10 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Öyrəndiklərinizə əsasən, Yehova nələri sevir? Bəs nələrə nifrət edir?
Yaxşılığı sevməyi, pisliyə isə nifrət etməyi necə öyrənə bilərsiniz?
6. Yehovaya itaət etmək bizim xeyrimizədir
Yehovaya itaət etmək həmişə xeyir gətirir. Əşiya 48:17, 18 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Yehovanın qayda-qanunlarının bizim xeyrimizə olduğuna inanırsınız? Nəyə görə belə düşünürsünüz?
Müqəddəs Kitabı öyrənməyin və Yehova Allahı tanımağın hansı faydasını görmüsünüz?
BƏZİ İNSANLAR SORUŞUR: «Yəni mən Allahı öz əməllərimlə sevindirə bilərəm?»
Əməllərimizin Yehovaya təsir etdiyini göstərmək üçün hansı ayəni oxuyardınız?
İCMAL
Yehovanı sevdiyinizi Ona itaət etməklə və çətin olanda belə, Ona sadiq qalmaqla göstərə bilərsiniz.
Təkrar
Əyyubun nümunəsindən nə öyrəndiniz?
Yehovanı sevdiyinizi necə sübut edə bilərsiniz?
Yehovaya sadiq qalmağa sizə nə kömək edə bilər?
Ə L A V Ə M Ə L U M A T
Yehovaya və yığıncaqdakı bacı-qardaşlara necə sadiq qala bilərsiniz?
Görün Şeytan insanlara qarşı hansı ittihamları irəli sürür.
«Əyyub kamil qalır» («Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?», bölmə 6)
Hətta balaca uşaqlar belə, Yehovanı sevdiyini göstərə bilər.
Gənclər yaşıdlarının təzyiqinə baxmayaraq, Allaha necə sadiq qala bilərlər?