-
Həyat ənamını qiymətləndirinƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
2. Həyat ənamını qiymətləndirdiyimizi Yehovaya necə göstərə bilərik?
İnsan ana bətninə düşəndən Yehova onun qeydinə qalır. Davud peyğəmbər Allaha dua edərkən demişdi: «Gözlərin rüşeymimi görmüşdü» (Zəbur 139:16). Sizin həyatınız Yehova üçün çox dəyərlidir. (Mətta 10:29—31 ayələrini oxuyun.) Kimsə başqasının həyatına, yaxud öz həyatına qəsd edəndə bu, Allaha çox ağır gedira (Çıxış 20:13). Həmçinin öz həyatımızı lazımsız yerə təhlükəyə atanda, yaxud başqalarının həyatını qorumaq üçün tədbir görməyəndə Yehova kədərlənir. Biz öz həyatımızı qoruyanda və başqalarının həyatına hörmət edəndə möhtəşəm həyat ənamını qiymətləndirdiyimizi göstəririk.
-
-
Həyat ənamını qiymətləndirinƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
a Yehova qəlbisınıqların halına acıyır (Zəbur 34:18). O başa düşür ki, şiddətli əzablar ucbatından insan intihar etmək fikrinə düşə bilər. Yehova belə insanlara kömək etmək istəyir. İnsan Allahın köməyi ilə bu fikirləri dəf edə bilər. Bu dərsin «Əlavə məlumat» hissəsindəki «Ölmək istəyirəm. Bu hisslərlə mübarizədə Müqəddəs Kitab mənə kömək edə bilər?» adlı məqalədən bu barədə oxuya bilərsiniz.
-