-
Allahın gözündə təmiz olaqƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
2. Hansı əməllərdən uzaq durmalıyıq?
Müqəddəs Kitabda məsləhət görülür ki, «cismi və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək» (2 Korinflilərə 7:1). Buna görə də biz bədənimizə, yaxud ağlımıza zərər yetirən hər şeydən uzaq durmalıyıq. Fikirlərimiz Yehovanı razı salmalıdır, odur ki natəmiz düşüncələri beynimizdən çıxarmaq üçün əlimizdən gələni etməliyik (Zəbur 104:34). Biz həmçinin dilimizi də təmiz saxlamalıyıq. (Koloslulara 3:8 ayəsini oxuyun.)
Başqa nələr bizi fiziki və əxlaqi cəhətdən natəmiz edir? Bəzi maddələr insan orqanizmi üçün zərərlidir. Buna görə də biz tütün çəkmirik, betel qozu, yaxud koka yarpağı çeynəmirik və qeyri-tibbi məqsədlə narkotik vasitələrdən istifadə etmirik. Bunun sayəsində daha sağlam oluruq və həyat ənamına hörmət etdiyimizi göstəririk. Biz həmçinin masturbasiyadana və pornoqrafiyadan uzaq duraraq əxlaqımızı təmiz saxlayırıq (Zəbur 119:37; Efeslilərə 5:5). Əgər bu cür natəmiz əməllər insanda vərdiş halını alıbsa, onları tərgitmək çətin ola bilər, amma Yehovanın köməyilə bu, mümkündür. (Əşiya 41:13 ayəsini oxuyun.)
-
-
Allahın gözündə təmiz olaqƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
5. Natəmiz düşüncələrlə və əməllərlə mübarizə aparın
Koloslulara 3:5 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Haradan bilirik ki, pornoqrafiya, sekstinqc və masturbasiya Yehovanın gözündə natəmiz əməllərdir?
Sizcə, Yehovanın tələb etdiyi kimi, əxlaqi cəhətdən təmiz qalmaq mümkündür? Nəyə görə belə düşünürsünüz?
Görün natəmiz düşüncələrlə necə mübarizə aparmaq olar. VİDEOYA baxın.
İsa Məsih nümunə çəkərək göstərdi ki, əxlaqi cəhətdən təmiz olmaq üçün qəti addımlar atmalıyıq. Mətta 5:29, 30 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Bu ayələrdə İsa bədənimizə xətər yetirməyi nəzərdə tutmurdu. O demək istəyirdi ki, biz qəti addımlar atmalıyıq. Natəmiz düşüncələrdən yaxa qurtarmaq üçün nə etmək olar?d
Əgər natəmiz düşüncələri beyninizdən silib atmaq üçün əlinizdən gələni edirsinizsə, Yehova bunu qiymətləndirir. Zəbur 103:13, 14 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Əgər natəmiz vərdişlə mübarizə aparırsınızsa, bu ayə sizə təslim olmamağa necə güc verir?
Təslim olmayın!
İnsan asanlıqla belə fikirləşə bilər: «Bacarmadım. Mübarizə aparmağın xeyri yoxdur». Amma düşünün: qaçışçı büdrəyib yıxılırsa, bu o demək deyil ki, o, yarışı uduzub, yaxud qaçmağa start xəttindən başlamalıdır. Eynilə, arada zəiflik göstərmək o demək deyil ki, pis vərdişlə mübarizədə məğlub olmusunuz, yaxud indiyədək göstərdiyiniz cəhdlər hədər gedib. Arada zəiflik göstərmək qaçılmazdır. Vərdişdən tam yaxa qurtaranadək belə hallar olacaq. Təslim olmayın! Yehovanın köməyilə pis vərdişə qalib gələ bilərsiniz.
-