-
Həyat ənamını qiymətləndirinƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
1. Həyatı nəyə görə qiymətləndirməliyik?
Həyat bizə səmavi Atamız Yehovadan ənamdır. Buna görə də həyatı qiymətləndirməliyik. Yehova «həyat mənbəyi»dir, yəni həyatı O xəlq edib (Zəbur 36:9). «O... hamıya həyat, nəfəs — hər şey verir» (Həvarilərin işləri 17:25, 28). Bəli, Yehova bizə yaşamaq üçün hər şey verir. Üstəlik, yaşadığımız həyatdan zövq almaq üçün bizi cürbəcür şeylərlə təmin edir. (Həvarilərin işləri 14:17 ayəsini oxuyun.)
-
-
Həyat ənamını qiymətləndirinƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
2. Həyat ənamını qiymətləndirdiyimizi Yehovaya necə göstərə bilərik?
İnsan ana bətninə düşəndən Yehova onun qeydinə qalır. Davud peyğəmbər Allaha dua edərkən demişdi: «Gözlərin rüşeymimi görmüşdü» (Zəbur 139:16). Sizin həyatınız Yehova üçün çox dəyərlidir. (Mətta 10:29—31 ayələrini oxuyun.) Kimsə başqasının həyatına, yaxud öz həyatına qəsd edəndə bu, Allaha çox ağır gedira (Çıxış 20:13). Həmçinin öz həyatımızı lazımsız yerə təhlükəyə atanda, yaxud başqalarının həyatını qorumaq üçün tədbir görməyəndə Yehova kədərlənir. Biz öz həyatımızı qoruyanda və başqalarının həyatına hörmət edəndə möhtəşəm həyat ənamını qiymətləndirdiyimizi göstəririk.
-
-
Həyat ənamını qiymətləndirinƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
5. Ana bətnində olan körpənin həyatına hörmət edin
Davud peyğəmbər bədii dillə təsvir etmişdi ki, ana bətnində olan körpənin həyatı və inkişafı Yehova üçün vacibdir. Zəbur 139:13—17 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Yehovanın gözündə insan həyatı nə zaman başlayır: ana bətninə düşəndə, yoxsa doğulanda?
Yehovanın qədim İsrailə verdiyi qanunlar həm ananı, həm də bətnindəki körpəni qoruyurdu. Çıxış 21:22, 23 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Yehova ana bətnində olan körpənin həyatına təsadüf nəticəsində son qoyan insana necə yanaşırdı?
Bəs kimsə bunu qəsdən etsəydi, Yehova buna necə yanaşardı?b
Allahın bu məsələyə baxışı barədə siz nə düşünürsünüz?
Hətta həyata hörmət edən qadın da elə vəziyyətə düşə bilər ki, abortu yeganə çıxış yolu kimi görər. Əşiya 41:10 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Əgər qadın abort etdirməyə məcbur olduğunu düşünürsə, kimdən kömək istəməlidir? Nəyə görə?
-
-
Həyat ənamını qiymətləndirinƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
b Kimsə əvvəllər abort etdiribsə, daima vicdan əzabı çəkməsinə gərək yoxdur. O, Yehovanın əfvini qazana bilər. Ətraflı məlumat üçün bu dərsin «Əlavə məlumat» hissəsindəki «Müqəddəs Kitabda abort haqda nə deyilir?» adlı məqaləyə baxın.
-