Bizi Allaha yaxınlaşdıran bilik
Allah qüdrət sahibi olmaqla yanaşı, çoxlu gözəl xüsusiyyətlərə də sahibdir. O istəyir ki, biz Onun haqda öyrənək və Ona yaxınlaşaq (Yəhya 17:3; Yaqub 4:8). Buna görə də Özü haqda bizə çox şey açıb.
Allahın adı var
«Qoy insanlar bilsin ki, adı Yehova olan Sən, dünyada tək Sən ucasan» (ZƏBUR 83:18).
Müqəddəs Kitabda deyilir ki, Yehova tək olan Allahdır. O, Kainatın və bütün canlıların Yaradanıdır. Təkcə O, ibadətə layiqdir (Vəhy 4:11).
Yehova bizi sevir
«Allah məhəbbətdir» (1 YƏHYA 4:8).
Yehova Müqəddəs Kitab və yaratdıqları vasitəsilə bizə Öz xüsusiyyətlərini əyan edir. Onun ən əsas xüsusiyyəti məhəbbətdir. Yehova hər şeyi məhəbbətdən irəli gələrək edir. Yehova haqda öyrəndikcə Ona olan sevgimiz də artır.
Yehova bağışlayandır
«Sən bağışlayan... Allahsan» (NƏHƏMYA 9:17).
Yehova bilir ki, biz günahlıyıq, buna görə də bizi bağışlayır. Biz Ona peşman olduğumuzu deyəndə və pis əməli təkrarlamamaq üçün əlimizdən gələni edəndə O bizi bağışlayır və keçmiş günahlarımıza görə cəzalandırmır (Zəbur 103:12, 13).
Yehova Ona dua etməyimizi istəyir
«Yehova Onu çağıranlara, Onu səmimi-qəlbdən çağıranlara yaxındır... Fəryadlarını eşidər» (ZƏBUR 145:18, 19).
Yehovaya ibadət etmək üçün xüsusi ayinlər icra etmək, dini əşyalardan istifadə etmək tələb olunmur. Valideyn övladlarını dinlədiyi kimi, Yehova da bizim dualarımızı eşidir.