“Lətif dağkeçisi”
YƏQİN Kİ, keçini təsvir edərkən, bizlərdən çoxumuz onu lətif adlandırmarıq. Keçilər haqqında düşünərkən, ağlımıza, bizi dadlı ətlə və qidalı südlə tə’min edən heyvanlar gəlir, ancaq hər halda, onların lətif olduqlarını söyləməzdik.
Lakin Müqəddəs Kitab qadını, “sevimli maral və lətif ceyran [“dağkeçisi”, YD]” kimi təsvir edir (Süleymanın məsəlləri 5:18, 19). Süleymanın məsəlləri kitabını yazan Süleyman İsrailin təbiətini seyr etməyi xoşlayırdı, buna görə də, şübhəsiz ki, bu mə’cazdan istifadə etmək üçün onun əsaslı səbəbi vardı (1 Krallar 4:30—33). Ola bilsin ki, atası Davud kimi, Süleyman da Ölü dəniz sahili yaxınlığında olan En-gedi ərazisində tez-tez görünən dağkeçilərini seyr edirdi.
Yəhudeya səhrasının yaxınlığında yaşayan kiçik dağkeçisi sürüləri, həmişə En-gedi bulağına gəlirlər. En-gedi, bu, səhranın arasında həmişə su tapmaq mümkün olan yeganə yerdir. Buna görə də, artıq neçə əsrdir ki, dağkeçiləri bura su içməyə gəlirlər. En-gedi adı, yəqin ki, “oğlaq çeşməsi” mə’nasını verir. Bu da onu sübut edir ki, burada tez-tez oğlaqlara rast gəlmək olar. Davud padşah, onu tə’qib edən Saul padşahdan qaçarkən, “dağkeçiləri qayaları üzərində” sığınacaq yer tapdı (1 Samuel 24:1, 2).
Dağkeçisinin qayalar üzərinə ehtiyatla ayaq basaraq təkənin dalınca su içməyə getdiyini, En-gedi ərazəsində, indi də görmək olar. Vəfalı arvadın, nə üçün keçi ilə müqayisə olunduğunu o zaman başa düşməyə başlayırsan. Keçinin sakit xasiyyəti və zərifliyi də, qadının gözəl xüsusiyyətlərinin simvolu olaraq xidmət edə bilər. “Lətif” sözü, görünür, dağkeçisinin zərifliyini və gözəlliyini nəzərdə tutura.
Zərifliyinə baxmayaraq, keçi çox dözümlüdür. Yeqova Eyubun diqqətini, dağkeçilərinin,- qidanın az və temperaturun dəyişkən olduğu, çətin keçilən yerlərdə - qayaların arasında bala doğmaqlarına yönəltdi (Eyub 39:1). Bütün bu çətinliklərə baxmayaraq, keçi öz balasının qeydinə qalır, onlara özü kimi, qayaların üstünə dırmaşmağı və dağlarda cəld atılıb-düşməyi öyrədir. Bundan əlavə, keçilər balalarını yırtıcı heyvanlardan cəsarətlə qoruyurlar. Bir müşahidəçi, dağkeçisinin, altında gizlənmiş balasını müdafiə edərək yarım saat ərzində, qartalla mübarizə etməsi haqqında danışır.
Məsihçi analar çox vaxt öz övladlarını çətin şəraitlərdə böyütməli olurlar. Allahın onlara həvalə etdiyi bu vəzifəni yerinə yetirərkən analar da, dağ keçisi kimi fədakarlıq və təmənnasızlıq göstərirlər. Onlar cəsarətlə, öz övladlarını ruhani təhlükələrdən qorumağa çalışırlar. Beləliklə, Süleyman bu mə’cazi müqayisə ilə qadınları heç də alçaltmır, əksinə, onların ruhani gözəlliklərini, yə’ni hətta ən çətin şəraitlərin qaranlığında belə işıq saçan xüsusiyyətlərini qeyd edir.
[Haşiyə]
a Bir lüğətə əsasən, bu konteksdə “lətif” kimi tərcümə olunan ibrani sözü çen, “xarici görünüşün zərifliyinə və gözəlliyinə” işarə edir (“The New Brown-Driver-Briggs-Gesenius Hebrew and English Lexicon”).
[31 və 32-ci səhifələrdəki şəkillər]
Allah qarşısında öz vəzifələrini yerinə yetirərək, məsihçi analar gözəl ruhani xüsusiyyətlər əks etdirirlər