-
İndi Allahın xalqısınızGözətçi qülləsi 2014 | 15 noyabr
-
-
17, 18. a) Qoqun hücumu zamanı Yehova xalqına hansı göstərişləri verəcək? b) Yehovanın bizi müdafiə etməsini istəyiriksə nə etməliyik?
17 Qoq hücuma keçəndə Yehova Öz xidmətçilərinə deyəcək: «Ey xalqım, keç içəri otaqlara, qapıları ört, Rəbbin qeyzi keçənəcən qısa bir müddətə gizlən!» (Yeşaya 26:20). Belə həlledici vaxtda Yehova həyati vacib göstərişləri «içəri otaqlar» sayılan yığıncaqlarımızda verəcək.
18 Əgər böyük müsibət zamanı Yehovanın bizi müdafiə etməsini istəyiriksə, dərk etməliyik ki, Onun bütün dünyada yığıncaqlar şəklində toplaşmış xalqı var. Buna görə də biz daim Allahın xalqının arasında olmalı və yığıncaqlarımızdan qalmamalıyıq. Məzmurçu kimi, biz də ürəkdən nida edirik: «Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun!» (Məz. 3:8).
-