-
«Allahdan nazil olan görüntülər gördüm»Pak ibadət dirçəlir!
-
-
15. Hizqiyal çarxlar barədə nə yazmışdı?
15 Çarxların ölçüsü Hizqiyalı valeh edir. O yazmışdı: «Çarxların çənbərləri o qədər hündür idi ki, heyrət doğururdu». Təsəvvür edin, Hizqiyal bu nəhəng, göyə dirənən parlaq çənbərlərə baxmaq üçün başını necə geri atır. Sonra o, belə bir maraqlı məqamı qeyd etmişdi: «Hər dörd çarxın çənbərlərinin üstü gözlə dolu idi». Lakin ən çox heyrət doğuran çarxların qeyri-adi quruluşu idi. O yazmışdı: «Çarxların... quruluşu isə elə idi ki, sanki, çarx içində çarx var idi». Gəlin görək bu nə deməkdir.
-
-
«Allahdan nazil olan görüntülər gördüm»Pak ibadət dirçəlir!
-
-
17 Bu hündürlükdə çarxlar təkcə bir dəfə dövr etməklə çox böyük məsafəni qət edə bilər. Görüntüyə əsasən, araba ildırım sürəti ilə hərəkət edirdi (Hizq. 1:14). Üstəlik, təsəvvür edin, dörd istiqamətə hərəkət edə bilən bu qeyri-adi çarxlar necə hərəki idilər. Bu hərəkiliyə mühəndislər həsəd aparar. Araba sürəti azaltmadan, sağa-sola dönmədən istiqaməti dəyişə bilirdi. Amma bu o demək deyil ki, o, kor-koranə hərəkət edirdi. Çənbərlərin gözlərlə örtülü olması göstərir ki, araba ətrafında, ümumiyyətlə hər yanda baş verən bütün şeylərdən tam xəbərdardır.
-