-
«Canlanacaqsınız»Pak ibadət dirçəlir!
-
-
«Sümüklərimiz quruyub, ümidimiz üzülüb»
6. Yehovanın hansı sözləri Hizqiyala görüntünü başa düşməyə kömək etdi?
6 Yehova Hizqiyala bu görüntünün mənasını izah etdi: «Bu sümüklər İsrail evidir». Həqiqətən də, əsirlikdə olanlar Yerusəlimin darmadağın edildiyini eşidəndə, sanki, öldülər. Onlar ah-zar edib deyirdilər: «Sümüklərimiz quruyub, ümidimiz üzülüb, yalqız qalmışıq» (Hizq. 37:11; Ərm. 34:20). Onların ah-naləsinə cavab olaraq Yehova bildirdi ki, bu qüssə dolu vəhydə, əslində, İsrail evi üçün parlaq ümid xəbəri var.
-
-
«Canlanacaqsınız»Pak ibadət dirçəlir!
-
-
8. a) Necə oldu ki, bütün «İsrail evi» məcazi mənada ölü vəziyyətə düşdü? b) Hizqiyal 37:9 ayəsi İsrailin məcazi ölümünün səbəbini necə göstərir? (Haşiyəyə baxın.)
8 Bu görüntünün kədərli hissəsi qədim İsrail xalqının üzərində necə yerinə yetdi? İsrailin məcazi ölümü e. ə. 740-cı ildə başlamışdı. Həmin il onqəbiləli padşahlıq süqut etmiş, əhalisi sürgün edilmişdi. Təxminən 130 il sonra Yəhuda əhli də əsir aparılanda artıq bütün «İsrail evi» əsarətdə idi (Hizq. 37:11). Məcazi dillə desək, əsarətdə olan bütün xalq görüntüdəki sümüklər kimi ölü vəziyyətdə idia. Həmçinin Hizqiyalın gördüyü sümüklər «qupquru» idi. Bu isə onların uzun illərin ölüsü olduğunu göstərirdi. Doğrudan da, İsrail və Yəhudanı birgə götürdükdə, onların ölü vəziyyəti 200 ildən çox, e. ə. 740-cı ildən 537-ci ilə kimi davam etmişdi (Ərm. 50:33).
-
-
«Canlanacaqsınız»Pak ibadət dirçəlir!
-
-
a Hizqiyalın görüntüdə gördüyü sümüklər öz əcəli ilə ölən insanların yox, «qətl edilmiş» adamların sümüyü idi (Hizq. 37:9). Onqəbiləli İsrail padşahlığının sakinləri aşşurlular, ikiqəbiləli Yəhuda padşahlığının sakinləri isə babillilər tərəfindən əsir aparılanda bütün «İsrail evi» məcazi mənada qətl edildi.
-