-
«Sizin axırınız gəlib»Pak ibadət dirçəlir!
-
-
8. a) Hizqiyalın göstərdiyi səhnədə hansı ümid qığılcımı var idi? b) Yehova verdiyi ümidi necə doğrultdu?
8 Lakin Hizqiyalın göstərdiyi peyğəmbərlik səhnəsində ümid qığılcımı da var idi. Yehova Hizqiyala dedi: «Axırıncı hissədən bir az tük götürüb paltarının ətəyinə bük» (Hizq. 5:3). Bu əmr bildirirdi ki, xalqlar arasına səpələnmiş yəhudilərin az bir qismi sağ qalacaq. Onlardan bəziləri Babildə yetmiş il sürən əsarətdən sonra Yerusəlimə dönən xalqın arasında olacaq (Hizq. 6:8, 9; 11:17). Bəs bu peyğəmbərlik sözləri yerinə yetdi? Sözsüz! Babil əsarəti bitəndən illər sonra Həqqay peyğəmbər yazmışdı ki, xalqlar arasına səpələnmiş yəhudilərdən bəziləri, həqiqətən də, Yerusəlimə döndülər. Onlar əvvəlki evi, yəni Süleymanın tikdiyi məbədi görmüş yaşlı nəslin nümayəndələri idi (Üzr. 3:12; Həq. 2:1—3). Yehova vəd etdiyi kimi, pak ibadəti qorudu. Həmin vaxt pak ibadətin necə dirçəldiyi barədə bu kitabın 9-cu fəslində danışılır (Hizq. 11:17—20).
-
-
«Saçını, saqqalını qırx»Pak ibadət dirçəlir!
-
-
«Bük»
Əsirlərdən bəziləri Yerusəlimə qayıdacaq; pak ibadət qorunacaq
-