-
«Ah-nalə edənlərin alnına işarə qoy»Pak ibadət dirçəlir!
-
-
7, 8. Əlində toppuz olan kişilər aldıqları tapşırığı necə icra etməli idilər və bu işin sonu necə oldu?
7 Bəs əlində toppuz olan altı kişi aldığı tapşırığı necə icra etməli idi? Yehova onlara göstəriş verdi ki, belində qələm-davat olan kişinin ardınca gedib alnında işarə olan adamlardan başqa hər kəsi öldürsünlər. Yehova əlavə etdi: «Müqəddəs məkanımdan başlayın» (Hizq. 9:6). O adamlar tapşırığa Yerusəlimin ürəyindən, Yehovanın gözündə müqəddəsliyini itirən məbəddən başlamalı idilər. İlk öncə «məbədin qarşısındakı ağsaqqallar», yəni məbəddə yalan allahlara buxur təqdim edən 70 İsrail ağsaqqalı öldürülməli idi (Hizq. 8:11, 12; 9:6).
-
-
«Ah-nalə edənlərin alnına işarə qoy»Pak ibadət dirçəlir!
-
-
9, 10. Yerusəlim məhv edilərkən sağ qalan sadiq insanlardan bəziləri kimlər idi və onlarla bağlı hansı nəticəyə gəlirik?
9 2 Salnamələr 36:17—20 ayələrini oxuyun. Hizqiyalın peyğəmbərliyi e. ə. 607-ci ildə, Babil ordusu Yerusəlimi və məbədi yerlə yeksan edəndə yerinə yetdi. Babillilər, sanki, Yehovanın əlində bir cam idi. Yehova bu qəzəb camını xəyanətkar Yerusəlim əhlinin üzərinə boşaldaraq onları cəzalandırdı (Ərm. 51:7). Bəs bu cəza vaxtı ucdantutma hamı məhv edildi? Xeyr. Görüntüdən aydın oldu ki, babillilər hamını öldürməyəcək (Yar. 18:22—33; 2 But. 2:9, 10a).
10 Bu müsibətdən xeyli sadiq insan sağ çıxdı. Onların arasında rəhablılar, həbəş Əbədməlik, Ərəmya peyğəmbər, onun mirzəsi Bərux var idi (Ərm. 35:1—19; 39:15—18; 45:1—5). Hizqiyalın gördüyü görüntüdən belə nəticəyə gəlirik ki, onlar Yerusəlimdə «törədilən bütün iyrənc əməllərə görə ah-nalə» edirdilər (Hizq. 9:4). Onlar şərdən ikrah etdiklərini, pak ibadətə sadiq qaldıqlarını Yerusəlim məhv edilməzdən əvvəl göstərmişdilər. Buna görə də xilasa layiq görülmüşdülər.
11. Əlində toppuz olan altı kişi və belində qələm-davat olan kişi kimi təmsil edirdi?
11 Bəs bu sadiq insanların alnına hərfi mənada işarə qoyulmuşdu? Müqəddəs Kitabın heç bir yerində yazılmayıb ki, Hizqiyal, yaxud hansısa başqa peyğəmbər Yerusəlimi gəzib sadiq insanların alnına işarə qoymuşdu. Deməli, Hizqiyalın gördüyü görüntü səmavi aləmdə baş verən gözəgörünməz hadisələri açıqlayırdı. Belində qələm-davat olan kişi və əlində toppuz olan altı kişi daim Yehovanın əmrinə müntəzir duran sadiq mələkləri təmsil edirdi (Zəb. 103:20, 21). Yehova xəyanətkar Yerusəlimə çıxardığı hökmü icra etmək üçün, sözsüz ki, mələklərdən istifadə etmişdi. Mələklər xilas olacaq kəslərin alnına, sanki, işarə qoyurdular, yəni nəzarət edirdilər ki, ucdantutma hamı məhv olmasın.
-