-
Rəhbərlərin iç üzü ortaya çıxırİsa Məsihin həyatı və xidməti
-
-
— Bunu bilin ki, vergiyığanlar və fahişələr Allahın padşahlığına sizdən qabaq girəcəklər, — deyə İsa onlara bildirir. Vergiyığanlar və fahişələr əvvəlcə Allahın yolundan uzaq idilər. Ancaq sonradan, «kiçik oğul» kimi, peşman olub Allaha xidmət etməyə başladılar. Din rəhbərləri isə «böyük oğula» bənzəyirlər, onlar Allaha xidmət etdiklərini iddia edirlər. Amma İsa onlara deyir: «[Vəftizçi] Yəhya gəlib sizə salehlik yolunu göstərdi, siz isə ona inanmadınız. Ancaq vergiyığanlar və fahişələr ona inandı. Siz isə bunları görə-görə yenə də peşmançılıq çəkib ona inanmadınız».
Sonra İsa izah edir ki, onların qəbahəti yalnız Allaha xidmət etməmələrində deyil. Onlar həm də bədniyyət insanlardır. İsa məsəl çəkir: «Bir mülkədar var idi. O, üzüm bağı saldı, ətrafını çəpərlədi, üzüm sıxmaq üçün çala qazdı, bir qüllə tikdi və bağı bağbanlara icarəyə verib başqa ölkəyə yollandı. Məhsul yığımı vaxtı gələndə mülkədar öz payını almaq üçün nökərlərini bağbanların yanına göndərdi. Ancaq bağbanlar nökərləri tutub birini döydülər, o birisini öldürdülər, digərini isə daşa basdılar. Mülkədar ikinci dəfə onların yanına əvvəlkindən də çox nökər göndərdi, amma bağbanlar bunlarla da eyni cür rəftar etdilər».
-
-
Rəhbərlərin iç üzü ortaya çıxırİsa Məsihin həyatı və xidməti
-
-
Onlar cavab verirlər: «Bütün bu pis əməllərinə görə onların axırı da pis olacaq. Mülkədar üzüm bağını başqa bağbanlara icarəyə verəcək. Onlar sahibin meyvə payını vaxtlı-vaxtında verəcəklər».
-