DƏRS 20
Yığıncaq necə təşkil olunub?
Yehova nizam-intizamı sevən Allahdır (1 Korinflilərə 14:33). Deməli, Onun xalqı arasında da nizam-intizam olmalıdır. Bəs Yehovanın Şahidlərinin yığıncağı necə təşkil olunub? Yığıncaqdakı nizam-intizamın qorunmasında bizim hansı rolumuz var?
1. Yığıncağın başçısı kimdir?
Müqəddəs Kitabda deyilir ki, «Məsih yığıncağın başı»dır (Efeslilərə 5:23). O, göydən Yehovanın xalqının bütün dünyadakı fəaliyyətinə rəhbərlik edir. İsa Məsih «sadiq və ağıllı nökər» təyin edib. Bir qrup yetkin ağsaqqaldan ibarət olan bu «nökər» Rəhbərlik Şurası kimi də tanınır. (Mətta 24:45—47 ayələrini oxuyun.) Birinci əsrdə məsihi yığıncaqlarına Yerusəlimdəki həvarilər və ağsaqqallar göstərişlər verirdi. Bu gün də bütün dünyadakı yığıncaqlar Rəhbərlik Şurasından göstərişlər alır (Həvarilərin işləri 15:2). Amma onlar bizim təşkilatın başçısı deyillər. Onlar Müqəddəs Kitabı oxuyub Yehovanın dediyini edirlər və İsa Məsihin başçılığına tabe olurlar.
2. Ağsaqqallar kimdir və hansı işi icra edirlər?
Məsihi yığıncağındakı ağsaqqallar Allaha uzun illər sədaqətlə xidmət edən kişilərdir. Onlar Yehovanın xalqına Müqəddəs Kitab əsasında təlim verir, kömək edir və ruhlandırır. Bu işin müqabilində məvacib almırlar. «Allah qarşısında könül xoşluğu ilə, haqsız qazanc hərisliyindən yox, canla-başla» xidmət edirlər (1 Butrus 5:1, 2). Ağsaqqallara yığıncaq xidmətçiləri kömək edir. Yığıncaq xidmətçiləri də vaxt keçdikcə müəyyən tələblərə cavab verib, ağsaqqal təyin olunurlar.
Rəhbərlik Şurası bəzi ağsaqqalları rayon nəzarətçisi təyin edir. Onlar yığıncaqları ziyarət edir, bacı-qardaşlara məsləhətlər verir və onları ruhlandırır. Rayon nəzarətçiləri Müqəddəs Kitabdakı tələblərə cavab verən qardaşları ağsaqqal və yığıncaq xidmətçisi təyin edirlər (1 Timutiyə 3:1—10, 12; Titusa 1:5—9).
3. Yehovanın Şahidlərinin hər biri yığıncaqda hansı rolu oynayır?
Yığıncaqda hər kəs «Yehovanın adına alqış» edir. (Zəbur 148:12, 13 ayələrini oxuyun.) Necə? İbadət görüşlərində iştirak etməklə, şəraitləri yol verdiyi qədər təbliğ etməklə.
D Ə R İ N L İ Y Ə V A R I N
Görün İsa Məsih necə başçıdır, ağsaqqallar ondan necə nümunə götürür, biz İsaya necə tabe oluruq və ağsaqqallarla necə əməkdaşlıq edirik.
4. İsa Məsih gözəl rəhbərdir
İsa Məsih insanları mülayimcəsinə dəvət edir ki, onun başçılığını qəbul etsinlər. Mətta 11:28—30 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
İsa Məsih necə rəhbərdir və bizə nə vəd edir?
Ağsaqqallar İsadan necə nümunə götürürlər? VİDEOYA baxın.
Müqəddəs Kitabda aydın şəkildə yazılıb ki, ağsaqqallar öz işlərini necə icra etməlidirlər.
Əşiya 32:2 və 1 Butrus 5:1—3 ayələrini oxuyun. Sonra növbəti sualları müzakirə edin:
Ağsaqqalların başqalarına təravət verməyə çalışması sizdə hansı hissləri doğurur?
Ağsaqqallar başqa hansı sahələrdə İsa Məsihdən nümunə götürürlər?
5. Ağsaqqallar öz nümunələri ilə öyrədirlər
İsa Məsih ağsaqqalların öz rollarına necə yanaşmasını istəyir? VİDEOYA baxın.
İsa Məsih ağsaqqallar üçün tələblər qoyub. Mətta 23:8—12 ayələrini oxuyun və növbəti sualları müzakirə edin:
Sizcə, başqa dinlərdəki din xadimləri Müqəddəs Kitabda ağsaqqallar üçün olan bu tələblərə cavab verir?
A. Ağsaqqallar özlərini və ailə üzvlərini ruhani cəhətdən möhkəm saxlamağa çalışırlar
B. Ağsaqqallar yığıncaqdakı hər bir insanın qayğısına qalır
C. Ağsaqqallar müntəzəm təbliğ edirlər
Ç. Ağsaqqallar Allahın Kəlamını öyrədirlər. Həmçinin ibadət evinin təmizliyində və digər işlərdə iştirak edirlər
6. Biz ağsaqqallarla əməkdaşlıq edirik
Müqəddəs Kitabda ağsaqqallarla əməkdaşlıq etməyin vacib bir səbəbi yazılıb. İbranilərə 13:17 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
Nəyə görə Müqəddəs Kitab bizi rəhbərlik edən qardaşlara tabe olmağa səsləyir? Siz buna necə baxırsınız?
Luka 16:10 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Nəyə görə hətta xırda məsələlərdə də ağsaqqallarla əməkdaşlıq etmək vacibdir?
BƏZİ İNSANLAR DEYİR: «Hansısa dinə mənsub olmaq vacib deyil».
Sizcə, yığıncaqla birgə Allaha ibadət etməyin hansı üstün cəhətləri var?
İCMAL
İsa Məsih yığıncağın başçısıdır. Biz İsanın rəhbərliyi altında xidmət edən ağsaqqallarla ürəkdən əməkdaşlıq edirik, çünki onlar bizə təravət verir və öz nümunələri ilə bizi öyrədirlər.
Təkrar
Yığıncağın başçısı kimdir?
Ağsaqqallar yığıncaqdakı dindaşlarına necə kömək edirlər?
Yehovanın hər bir xidmətçisi yığıncaqda hansı rolu oynayır?
Ə L A V Ə M Ə L U M A T
Görün Rəhbərlik Şurası və digər ağsaqqallar məsihilərə necə qayğı göstərir.
Rayon nəzarətçilərinin gördüyü işlə tanış olun.
«Ucqar ərazidəki rayon nəzarətçisinin gündəlik həyatı» (4:51)
Qadınların yığıncaqdakı rolu barədə oxuyun.
«Yehovanın Şahidləri arasında qadınlar dini xidmətçi olur?» («Gözətçi qülləsi», 1 sentyabr 2012)
Görün ağsaqqallar dindaşlarını ruhlandırmaq üçün necə böyük zəhmət çəkirlər.
«Sevincimiz üçün bizimlə əməkdaşlıq edən ağsaqqallar» («Gözətçi qülləsi», 15 yanvar 2013)