ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | LUKA 8, 9
Ardımca gəl. Necə?
Torpaqda düz şırımlar açmaq üçün cütçünün diqqəti arxada olan şeylərə yayınmamalı idi. Məsihinin də diqqəti arxada, yəni bu dünyada qoyduğu şeylərdə olmamalıdır (Fp 3:13).
Çətinliklərlə üzləşəndə məsihi həqiqətdən əvvəlki günlər üçün «heyif o gözəl günlərdən» deyib həsrət çəkə bilər. Belə hallarda, adətən, insan keçmişdə yaşadığı sevincli anları xəyalında şişirdir, problemləri isə kiçildir. İsraillilər də Misirdən çıxanda eyni şeyi etmişdilər (Sy 11:5, 6). Əgər bu cür fikirləri hey beynimizdə dolandırsaq, əvvəlki həyata dönə bilərik. Yaxşı olar ki, hal-hazırda sahib olduğumuz nemətlər barədə düşünək və diqqətimizi Cənnətdə duyacağımız sevincə cəmləyək (2Kr 4:16—18).