-
Yehova ‘Ondan diləyənlərə müqəddəs ruhu verir’Gözətçi qülləsi 2007 | 1 yanvar
-
-
11. İsa ata və oğul məsəlini duaya necə tətbiq etdi?
11 İsanın çəkdiyi birinci məsəldə dua edənin, ikinci məsəldə isə, duaları dinləyən Yehova Allahın əhval-ruhiyyəsi vurğulanır. İsa sual verdi: «Aranızda elə bir ata varmı ki, oğlu... balıq istərsə, ona balıq əvəzinə ilan versin? Yaxud, yumurta istərsə, ona əqrəb versin?» İsa bu məsəli də duaya tətbiq etdi: «Beləliklə, madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!» (Luka 11:11-13).
12. Oğulun xahişini dinləyən atanın nümunəsi Yehovanın dualarımıza cavab verməyə hazır olduğunu necə göstərir?
12 Oğulun xahişinə cavab verən atanın nümunəsində İsa Yehovanın duada Ona müraciət edənlərə necə yanaşdığını göstərir (Luka 10:22). Əvvəlcə bu iki nümunə arasındakı fərqə fikir verin. Birinci nümunədəki könülsüz kömək edən kişidən fərqli olaraq, Yehova uşağının xahişini həvəslə yerinə yetirən qayğıkeş ataya bənzəyir (Məzmur 50:15). İsa Yehovanı insanla müqayisə edərək Onun köməyə hazır olduğunu daha aydın şəkildə göstərir. Əgər ata miras aldığı günah üzündən ‘pis olduğu halda’ oğluna yaxşı hədiyyələr verirsə, biz xeyirxah səmavi Atamızın Öz xidmətçilərinə müqəddəs ruh verəcəyini daha çox gözləməli deyilikmi?! (Yaqub 1:17).
-
-
Yehova ‘Ondan diləyənlərə müqəddəs ruhu verir’Gözətçi qülləsi 2007 | 1 yanvar
-
-
14. a) Sınaqlarla üzləşən bə’zi məsihçiləri hansı yanlış fikir narahat edir? b) Sınaqlarla üzləşəndə Yehovaya nəyə görə əminliklə dua edə bilərik?
14 İsanın gətirdiyi qayğıkeş ata nümunəsi, həmçinin göstərir ki, Yehovanın xeyirxahlığı insan xeyirxahlığından qat-qat üstündür. Buna görə də, heç vaxt fikirləşməməliyik ki, üzləşdiyimiz sınaqlar Allahın bizdən narazı olduğunun əlamətidir. Belə düşünməyimizi istəyən qatı düşmənimiz olan Şeytandır (Əyyub 4:1, 7, 8; Yəhya 8:44). Müqəddəs Kitab özümüzü belə üzməyə heç bir əsas vermir. Yehova bizi «pisliklə... imtahan etmir» (Yaqub 1:13). İsanın Luka 11:11-13 ayələrindəki sözlərinə müvafiq olaraq, Yehova bizi «ilan» və ya «əqrəb» timsalında sınaqlara mə’ruz qoymur. Səmavi Atamız «Ondan diləyənlərə yaxşı şeylər» verir (Matta 7:11). Yehovanın xeyirxahlığını və bizə kömək etməyə hazır olduğunu nə qədər yaxşı dərk edəriksə, bir o qədər də əminliklə Ona dua etməyə can atarıq. Belə olduqda biz də məzmurçunun sözlərinə şərik olacağıq: «Allah məni dinlədi, duamın səsini eşitdi» (Məzmur 10:17; 66:19).
-