-
Müqəddəs Yazıların kitabı nömrə 32 Yunus«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
-
-
3 Şübhəsiz Yunusun hekayəti tamamilə gerçəkdir. «İmanımızın Banisi və Kamilləşdiricisi» İsa, Yunus haqqında real şəxsiyyət kimi danışmış və Allahdan ilham alaraq, Yunusun kitabında təsvir edilən iki hadisənin peyğəmbərlik mə’nasını izah etmiş və onun həqiqi peyğəmbərlik kitabı olduğunu göstərmişdir (İbr. 12:2; Mat. 12:39-41; 16:4; Luka 11:29-32). Yəhudilər «Yunus» kitabını həmişə kanonik kitablarla bir cərgəyə qoymuş və tarixi saymışlar. Yunusun öz səhvlərini və zəif cəhətlərini bir təhər düzəltməyə heç bir cəhd göstərmədən aydın təsvir etməsi də hekayətin gerçəkliyinə sübutdur.
-
-
Müqəddəs Yazıların kitabı nömrə 32 Yunus«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
-
-
11 Matta 12:38-41ayələrində İsa din rəhbərlərinə dedi ki, onlara yalnız ‘Yunis [Yunus] peyğəmbərin əlaməti’ veriləcəkdir. Üç gün-üç gecə «balığın [«şeolun», YD] qarnında» qalan Yunus Ninevaya təbliğ etməyə getdi. Beləliklə o, ninevalılar üçün «əlamət» oldu (Yun. 1:17; 2:2; 3:1-4). Buna uyğun şəkildə, İsa üç natamam gün qəbirdə oldu və sonra dirildildi. Onun şagirdləri bu hadisəyə şahidlik edəndə İsa o nəsil üçün əlamət oldu. Yəhudilərin vaxt hesablama üsulu və peyğəmbərliklərin İsanın üzərində icra olunması faktları «üç gün-üç gecə» müddətini, üç natamam günə aid etməyə icazə verirb.
12 İsa söhbətə davam edib, ninevalıların tövbəsilə, yəhudilərin daşürəkliyini və xidməti zamanı ona qarşı bəslədikləri açıq nifrəti qarşı-qarşıya qoyaraq dedi: «Nineviya [Nineva] əhalisi qiyamət günündə bu nəsil ilə bərabər qalxacaq və onu məhkum edəcək. Çünki onlar Yunisin [Yunusun] təbliği ilə tövbə etdilər; və budur, Yunisdən daha böyüyü buradadır». (Həmçinin Matta 16:4 və Luka 11:30, 32 ayələrinə baxın.) «Yunisdən [Yunusdan] daha böyüyü buradadır» sözlərilə İsa nəyi nəzərdə tuturdu? O, bunu özünə: «Tövbə edin, çünki Səmavi Səltənət yaxındır» deyə təbliğ etmək üçün Yehova tərəfindən göndərilmiş ən böyük peyğəmbərə aid edirdi (Mat. 4:17). Amma o dövrdəki yəhudilərin çoxu ‘Yunis [Yunus] peyğəmbərin əlamətini’ rədd etdilər. Bəs bu gün vəziyyət necədir? Çoxları Yehovanın xəbərdarlığına məhəl qoymasalar da, bütün dünyada minlərlə adam gözəl imkandan, ilk dəfə «İnsan Oğlu» İsanın təbliğ etməyə başladığı Padşahlıq haqqında xoş xəbəri eşitmək imkanından istifadə edirlər. Yunusun təbliği nəticəsində xeyir-dua almış ninevalılar kimi, bu insanlar da Yehovanın səxavəti və lütfündən istifadə etməklə uzun ömür sürə bilərlər, axı həqiqətən də «xilas Rəbdədir!» (Yun. 2:9).
-