-
İtmiş oğulİsa Məsihin həyatı və xidməti
-
-
Bu zaman «böyük oğul tarlada idi». Böyük oğulun kimi təmsil etdiyini bilmək üçün bu məsəli axıradək dinləyin. İsa onun haqqında danışır: «Evə yaxınlaşanda o, musiqi və rəqs sədaları eşitdi, nökərlərdən birini yanına çağırıb ondan nə baş verdiyini soruşdu. Nökər dedi: “Qardaşın qayıdıb və atan onun sağ-salamat qayıtması şərəfinə bəslənmiş cöngəni kəsib”. Böyük oğul elə qəzəbləndi ki, evə girmək istəmədi. Onda atası çıxıb ona yalvarmağa başladı. O, cavabında atasına dedi: “Neçə ildir sənə nökərçilik edirəm, heç vaxt sənin sözündən çıxmamışam. Sən isə mənə dostlarımla şənlik etmək üçün bir çəpiş də verməmisən. Amma sənin malını fahişələrə xərcləyib puç edən bu oğlun gələn kimi, onun üçün bəslənmiş cöngə kəsdin”».
Kimlər, bu böyük oğul kimi, günahlılara göstərilən mərhəmətə və yaxşılığa həqarətlə baxır? Məgər mirzələrlə fəriseylər deyil? Onlar İsanın günahlılara yaxşı münasibət bəslədiyini pislədikləri üçün o, bu məsəli danışır. Deməli, böyük oğul mirzələrlə fəriseyləri təmsil edir.
-
-
İtmiş oğulİsa Məsihin həyatı və xidməti
-
-
Bəs bizim dövrümüzdə bu iki oğul kimləri təmsil edir? Şübhəsiz ki, bunlar Yehova Allahın niyyətləri barədə kifayət qədər biliyi olub, bu bilik əsasında Onunla qarşılıqlı münasibət quran adamlardır. Böyük oğul «kiçik sürü»nün və ya «adları göydə yazılmış ilkinlərin yığıncağı»nın bəzi üzvlərini təmsil edir. Onlar böyük oğula bənzər mövqe tutaraq yer üzündə əbədi yaşayacaq «başqa qoyunlar»ı qarşılamaq istəməmişdilər. Onlara elə gəlmişdi ki, «başqa qoyunlar» onları kölgədə qoyurlar.
-