MƏSİHİ HƏYATI
«Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın»
Nəyə görə Lutun arvadı Sədumdan qaçanda çevrilib arxaya baxdı? Müqəddəs Kitabda bu barədə heç nə deyilmir (Yr 19:17, 26). İsanın bu xəbərdarlıqdan qabaq dediyi sözlərdən belə qənaətə gəlmək olar ki, qadın arxada qoyduğu şeylərə heyifsilənirdi (Lk 17:31, 32). Lutun arvadı kimi, Allahın rəğbətini itirməmək üçün nə edə bilərik? Yol verməməliyik ki, mal-mülk bizim üçün həyatda hər şeydən vacib olsun (Mt 6:33). İsa öyrədirdi ki, «həm Allahın, həm də var-dövlətin qulu» olmaq mümkün deyil (Mt 6:24). Bəs görsək ki, maddi şeylər ruhani şeyləri həyatımızdan sıxışdırıb çıxarmağa başlayır, onda nə etməliyik? Yehovaya dua edərək dərrakə istəməliyik ki, görək nədə dəyişiklik etməliyik. Həmçinin bu dəyişikliyi edə bilmək üçün Yehovadan cəsarət və güc istəməliyik.
«LUTUN ARVADINI HEÇ VAXT YADINIZDAN ÇIXARMAYIN» ADLI ÜÇHİSSƏLİ FİLMİ YADINIZA SALARAQ AŞAĞIDAKI SUALLARA CAVAB VERİN:
Çox pul qazanmaq arzusu Qloriyanın düşüncəsinə, danışığına və hərəkətlərinə necə təsir etmişdi?
Lutun arvadından hansı ibrəti götürə bilərik?
Müqəddəs Kitab prinsipləri Cou ilə ailəsinə necə kömək etdi?
Annanın iş yoldaşları onun ruhaniliyinə necə təsir edirdilər?
Pulu hər şeydən üstün tutmaq təzyiqinə uymamaq üçün nəyə görə cəsarət lazımdır?
Brayn və Qloriya yenidən ruhani işlərə üstünlük vermək üçün nə etdilər?
Bu videoda Müqəddəs Kitabdakı hansı prinsipləri görə bildiniz?