-
Təbliğ işinin bəhrəsi — «məhsul yetişib, biçinə hazırdır»Allahın Padşahlığı hökmranlıq edir!
-
-
1, 2. a) Nəyə görə şagirdlər çaşqınlıq içində idilər? b) İsa hansı biçin işindən danışırdı?
«BAŞINIZI qaldırın və tarlalara baxın, məhsul yetişib, biçinə hazırdır». İsa peyğəmbərin bu sözlərini eşidən şagirdləri çaşqınlıq içində idilər. Çünki onlar İsanın göstərdiyi istiqamətə baxanda məhsulun hələ yetişmədiyini gördülər. «O, hansı biçindən danışır, axı biçinə hələ neçə ay var?» — deyə onlar düşünə bilərdilər (Yəh. 4:35).
2 Lakin İsa həqiqi biçindən danışmırdı. O, bu nümunə əsasında şagirdlərinə ruhani biçin — insanların biçini ilə bağlı iki vacib dərs vermək istəyirdi. Bunlar hansılar idi? Gəlin bu məlumatı ətraflı araşdıraq.
İş başına keçin və sevinc duyun
3. a) «Tarlalara baxın, məhsul yetişib» sözlərini deməyə İsanı nə təşviq etmişdi? b) İsa öz sözlərinə necə aydınlıq gətirdi?
3 İsa peyğəmbərin şagirdləri ilə etdiyi söhbət eramızın 30-cu ilinin sonlarında, Səməriyyənin Sixar şəhəri yaxınlığında olmuşdu. Şagirdləri şəhərə gedəndə İsa bulağın yanında oturub bir qadına təbliğ edirdi. Qadın eşitdiklərinin nə dərəcədə vacib olduğunu dərhal anladı. Şagirdləri İsanın yanına qayıdanda o, eşitdikləri heyrətamiz şeyləri yaxınları ilə bölüşmək üçün tələm-tələsik Sixara getdi. Onun danışdıqları böyük marağa səbəb oldu və camaat İsanı görmək üçün tez bulağa tərəf yollandı. Elə həmin vaxt tarlaya baxan İsa çoxlu sayda səməriyyəlinin ona doğru gəldiyini görüb dedi: «Tarlalara baxın, məhsul yetişib». Sonra o, həqiqi yox, ruhani biçini nəzərdə tutduğunu bildirmək üçün sözünə davam etdi: «Biçinçi... əbədi həyat üçün məhsul yığır» (Yəh. 4:5—30, 36).
4. a) İsa Məsih ruhani biçin işi ilə bağlı hansı iki mühüm məqamı vurğulamışdı? b) Biz hansı sualları nəzərdən keçirəcəyik?
4 İsa Məsih ruhani biçin işi ilə bağlı hansı iki mühüm məqamı vurğulamışdı? Birincisi, bu iş olduqca təcilidir. Onun «məhsul yetişib» sözləri davamçılarını hərəkətə səsləyirdi. Bu işin nə dərəcədə vacib olduğunu vurğulayaraq o, şagirdlərinə demişdi: «Biçinçi artıq əmək haqqını alır». Bəli, biçin işi artıq başlamışdı — qətiyyən yubanmaq olmazdı! İkincisi, bu iş işçilərə sevinc gətirir. İsa demişdi ki, əkən də, biçən də birgə sevinir (Yəh. 4:35b, 36). İsa bu qədər səməriyyəlinin ona iman gətirdiyini görəndə sevindiyi kimi, şagirdləri də biçin işində ürəkdən çalışmaqla böyük sevinc duyacaqdılar (Yəh. 4:39—42). Birinci əsrdə baş vermiş bu hadisə bizim üçün mühüm əhəmiyyət kəsb edir, çünki hal-hazırda həyata keçirilən ən böyük ruhani biçin vaxtı nələrin baş verdiyini əyani şəkildə göstərir. Bəs müasir dövrdə biçin nə zaman başlayıb? Bu işdə kimlər iştirak edir? Və o hansı bəhrələri gətirib?
-
-
Təbliğ işinin bəhrəsi — «məhsul yetişib, biçinə hazırdır»Allahın Padşahlığı hökmranlıq edir!
-
-
a 1919-cu ildən 1992-ci ilə qədər biçin işinin necə həyata keçirildiyi barədə əlavə məlumatı «Yehovanın Şahidləri — Allahın Padşahlığının müjdəçiləri» kitabının 425—520 səhifələrindən (rus.) oxuya bilərsiniz.
-