-
Yehova dözümlə bəhrə gətirənləri sevirGözətçi qülləsi 2018 | may
-
-
7. a) «Meynə», «bağban» və «budaqlar» kimlərin timsalıdır? b) Bizi hansı sualın cavabı maraqlandırır?
7 Yəhya 15:1—5, 8 ayələrini oxuyun. İsa bu məsəldə Yehovanı bağbana, özünü meynəyə, şagirdlərini isə budaqlara bənzədirb. Sonra həvarilərinə deyir: «Siz çoxlu bar verəndə və mənim şagirdim olduğunuzu sübut edəndə Atam şərəflənir». Bəs onda Məsihin davamçıları hansı bəhrəni gətirməlidir? Məsih hansı bəhrədən danışdığını açıq söyləməsə də, onun vurğuladığı vacib bir məqamın sayəsində cavabı tapa bilərik.
8. a) Nümunədəki bəhrənin yeni şagirdlərin timsalı olmadığı nədən görünür? b) Yehovanın tələblərinin özəlliyi nədir?
8 Səmavi Atası barədə danışarkən İsa demişdi: «O, məndəki bar gətirməyən budaqları kəsib atır». Başqa sözlə, biz yalnız bar gətirdiyimiz təqdirdə Yehova bizi Öz xidmətçisi hesab edir (Mət. 13:23; 21:43). Deməli, bu məsəldə hər məsihinin gətirməli olduğu bar deyiləndə onun yeni şagird hazırlamalı olduğu nəzərdə tutula bilməz (Mət. 28:19). Əks halda, insanların həqiqətə laqeyd yanaşdığı ərazilərdə təbliğ edən Yehovanın Şahidləri şagird hazırlaya bilmədikləri üçün «bar gətirməyən budaqlar» hesab olunardı. Lakin bu, mümkün deyil! Çünki biz insanları şagird olmağa məcbur edə bilmərik. Üstəlik, məhəbbətli Allahımız Yehova heç vaxt xidmətçilərindən onların bacarmayacağı şeylər istəmir. Onun bizə buyurduğu hər şey bizim gücümüz daxilindədir (Qan. 30:11—14).
9. a) Biz hansı işi görəndə bəhrə gətiririk? b) Araşdıracağımız ikinci nümunə hansıdır?
9 Bəs onda biz hansı bəhrəni gətirməliyik? Aydındır ki, bu, hər birimizin edə biləcəyi bir şeydir. Yehova bütün xidmətçilərinə hansı işi tapşırıb? Allahın Padşahlığı haqda xoş xəbəri müjdələmək işinic (Mət. 24:14). Bunu İsa Məsihin əkinçi ilə bağlı çəkdiyi nümunə də göstərir. Gəlin bu nümunəni nəzərdən keçirək.
-
-
Yehova dözümlə bəhrə gətirənləri sevirGözətçi qülləsi 2018 | may
-
-
b Bu nümunədəki budaqlar göylərdə yaşamaq ümidi bəsləyən məsihilərə aid olsa da, Yehovanın hər bir xidmətçisi özünə dərs götürə bilər.
c Bəhrə gətirmək deyilərkən «ruhun bəhrəsi»ni inkişaf etdirmək nəzərdə tutulsa da, bu və növbəti məqalədə dilimizin bəhrəsindən, yəni təbliğ işindən danışacağıq (Qal. 5:22, 23; İbr. 13:15).
-