-
Allahın bəyəndiyi ibadətƏbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
1. Allaha düzgün şəkildə necə ibadət edə bilərik?
Düzgün ibadət Müqəddəs Kitaba əsaslanmalıdır. İsa peyğəmbər Allaha demişdi: «Həqiqət Sənin sözündür» (Yəhya 17:17). Bəzi dinlər Allahın Kəlamında yazılanlara məhəl qoymurlar. Bunun əvəzinə, onlar insan təlimlərini, adət-ənənələri əsas tuturlar. Amma Yehova Onun «əmrlərini rədd» edən insanlardan razı deyil. (Mark 7:9 ayəsini oxuyun.) Biz Müqəddəs Kitabda yazıldığı kimi ibadət edəndə, oradakı məsləhətlərə əməl edəndə Yehovaya xoş gedir.
-
-
Yehovanın Şahidləri əsl məsihilərdir?Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
-
-
1. Yehovanın Şahidlərinin etiqadının əsasını nə təşkil edir?
İsa Məsih Allaha dua edəndə demişdi: «Həqiqət Sənin sözündür» (Yəhya 17:17). İsa Məsih kimi, Yehovanın Şahidləri də öz etiqadlarını həmişə Allahın Kəlamına əsaslandırır. Gəlin müasir tariximizə nəzər salaq. XIX əsrin sonlarında bir qrup insan birlikdə yığışıb Müqəddəs Kitabı dərindən araşdırmağa başladı. Bu insanların etiqadı Müqəddəs Kitabda yazılanlar əsasında formalaşırdı. Etiqadlarının kilsə təlimlərindən fərqlənməsi onları qətiyyən qorxuya salmırdı. Sonra onlar öyrəndiklərini başqalarına da danışmağa başladılara.
-