-
«Yehovadan səlahiyyət alaraq cəsarətlə danışırdılar»Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
-
-
11—13. a) Bulus və Barnəba Listra sakinlərinə nə dedilər? b) Bulusla Barnəbanın sözlərindən nə öyrənə bilərik?
11 Yaranan gərgin vəziyyətə baxmayaraq, Bulusla Barnəba əllərindən gəldiyi qədər dinləyicilərinin ürəyinə yol tapmağa çalışırdı. Bu hadisəni araşdırmaqla bütpərəstlərə xoş xəbəri təbliğ etməyin gözəl üsulunu öyrənə bilərik. Gör Bulus ilə Barnəba dinləyicilərinə necə müraciət etmişdi: «Qardaşlar, siz nə edirsiniz? Biz də sizin kimi adi insanıq. Sizə müjdə gətirmişik ki, bu boş şeylərdən əl çəkib göyü, yeri, dənizi və onların içindəki hər şeyi yaradan var olan Allaha tərəf dönəsiniz. O, keçmişdə xalqlara öz yolları ilə getməyə izin vermişdi. Hərçənd Özü haqqında daima şəhadət verirdi: sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu» (Həv. 14:15—17).
-
-
«Yehovadan səlahiyyət alaraq cəsarətlə danışırdılar»Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
-
-
14—16. Bulusla Barnəbanın Listra sakinlərinə dediyi sözlərdən daha nələri öyrənirik?
14 Bu sözlərdə öyrənə biləcəyimiz daha bir şey də var. Bulusla Barnəba şəraitə uyğunlaşırdı. Konyadakı yəhudilərdən və prozelitlərdən fərqli olaraq, Listra sakinləri nə Müqəddəs Yazılara, nə də Allahın İsrail xalqı ilə rəftarına dair, demək olar ki, heç nə bilmirdilər. Bulusla Barnəbaya qulaq asan adamlar əkinçiliklə məşğul olurdular. Listranın mülayim iqlimi, bərəkətli torpaqları var idi. Bu adamlar Yaradanın keyfiyyətlərini çox şeydən, məsələn, bərəkətli mövsümlərdən görə bilərdilər. Xoş xəbərin fəal təbliğçiləri də onları düşündürmək üçün ümumi mövzu kimi məhz bundan istifadə etdilər (Rom. 1:19, 20).
-