-
«Danış, susma»Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
-
-
«Bu şəhərdə hələ çox adam mənə inanacaq» (Həvarilərin işləri 18:9—17)
12. İsa görüntüdə Bulusu nəyə əmin etdi?
12 Əgər Korinfdə xidmətini davam etdirməklə bağlı Bulusun ürəyində şübhələr var idisə də, İsa Məsih ona görünəndə bütün şübhələri yox oldu. İsa görüntüdə Bulusa dedi: «Qorxma, danış, susma, çünki mən səninləyəm. Heç kəs sənə hücum edib xələl yetirməyəcək. Bu şəhərdə hələ çox adam mənə inanacaq» (Həv. 18:9, 10). Bu, Bulusu sözün əsl mənasında ruhlandırdı. Məsih Bulusu şəxsən əmin etdi ki, ona xələl dəyməyəcək və şəhərdə hələ çoxları məsihiliyi qəbul edəcək. Aldığı görüntüdən sonra Bulus nə etdi? Müqəddəs Kitabda deyilir: «Bulus orada il yarım qalıb insanlara Allahın sözünü öyrətdi» (Həv. 18:11).
-
-
«Danış, susma»Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
-
-
16. İsanın «qorxma, danış, susma, çünki mən səninləyəm» sözlərinin bizim xidmətimizə hansı aidiyyəti var?
16 Yadındadırsa, yəhudilər Bulusun təbliğ etdiyi xəbəri rədd etdikdən sonra İsa Bulusa görünüb ona ürək-dirək vermişdi: «Qorxma, danış, susma, çünki mən səninləyəm» (Həv. 18:9, 10). Biz də bu sözləri həmişə yadda saxlamalıyıq, xüsusilə də müqavimətlə rastlaşanda. Heç vaxt yaddan çıxarma ki, Yehova ürəkləri görür və səmimi qəlbli insanları Özünə cəlb edir (1 İşm. 16:7; Yəh. 6:44). Elə bu özü xidmətdə fəal olmaq üçün tutarlı səbəbdir. Hər il yüz minlərlə adam vəftiz olur. Bu o deməkdir ki, gündə yüzlərlə insan Yehovanın xalqına qoşulur! «Bütün xalqların içində şagird hazırlayın» əmrini yerinə yetirənləri İsa Məsih əmin edir: «Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mət. 28:19, 20).
-